TuğDövlət Tarix-Memarlıq Təbiət Qoruğu yaradılıb

 

Prezident İlham Əliyev iyunun 16-da “TuğDövlət Tarix-Memarlıq Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini artırır.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonu Tuğ kəndinin tarixi ərazisiTuğDövlət Tarix-Memarlıq Təbiət Qoruğu elan edilib.

Nazirlər Kabinetinə iki ay müddətində qoruğun sərhədlərini mühafizə zonasını müəyyənləşdirib təsdiq etmək, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət Turizm Agentliyi qoruğun idarə olunmasını təmin etməli sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

 

Mədəniyyət.- 2023.- 17 iyun.- S.1.