Azərbaycanın MacarıstanınTəbiət möcüzələri

 

Ekologiya Təbii Sərvətlər Nazirliyi Macarıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə BakıdaTəbiət möcüzələriadlı fotosərgi açılıb.

Landmark”da keçirilən sərgidə Azərbaycanın milli parklarından çəkilmiş füsunkar peyzaj, etüd lövhələr, Qarabağın əsrarəngiz təbiət nümunələri, o cümlədən tarixi Zəfərimizin rəmzi olan xarıbülbülün fotoları nümayiş olunur. Eyni zamanda Macarıstan Təbiət Fotoqrafları Assosiasiyasının üzvləri ən yaxşı fotoşəkillərini geniş auditoriya ilə bölüşmək imkanı qazanıb.

Müştərək sərginin təşkilində məqsəd Azərbaycan Macarıstanın təbiət dəyərlərini gözəlliklərini tərənnüm etmək, hər iki ölkənin nadir təbiət özəlliklərini tanıtmaq, mədəni irsin təbliği ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı möhkəmləndirməkdir.

Sərginin ziyarətçiləri nümayiş olunan şəkilləri maraqla izləyiblər: Qaranohur gölü, budaqların, kolların üstünə qonan qızlarquşu, gölün üzərində uçuşan qızılqazlar, Xanbulan gölünün füsunkar görkəmi, göldən su içən marallar, Qobustandakı Daşgil palçıq vulkanı, səmaya pərvaz edən göl qağayıları, daşların, qayaların arası ilə axıb gələn, gendən baxanda ağappaq tülü xatırladan şəlalə...

Sərgidə fotoları nümayiş olunan Aleksey Lyokin deyib: “Təbiətin əsrarəngiz gözəlliyini çox sevirəm bunu başqaları ilə bölüşməyə çalışıram. Mənim yaradıcılığımda da təbiət mövzusu əsas yer tutur. Sərgidə Şirvan, Şahdağ Göygöl Milli parklarından çəkdiyim şəkillər nümayiş olunur. Azərbaycanda hər bir rayonun özünəməxsus gözəlliyi var mümkün qədər həmin gözəlliyi əks etdirmək istəmişəm”.

Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Babayeva deyib: “Sərgidə Azərbaycanın Macarıstanın təbiət gözəllikləri nümayiş olunur. Burada həm yerli, həm ölkəmizdə səfərdə olan xarici fotoqrafların çəkdikləri şəkillər sənətsevərlərə təqdim edilir”.

Təbiət möcüzələrifotosərgisi iyunun 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2023.- 17 iyun.- S.3.