Ölkəmiz Doha Beynəlxalq
Kitab Sərgisində təmsil olunur
Qətərin paytaxtı Dohada “Oxumaqla yüksəlirik” şüarı altında
32-ci Beynəlxalq Kitab
Sərgisi keçirilir.
Sərgidə ölkəmizin
Qətərdəki səfirliyi
də ayrıca stendlə iştirak edir.
Səfirlikdən bildirilib ki, stenddə Azərbaycan, ərəb, ingilis dillərində kitablar yer alıb. Onların arasında Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, Azərbaycana
rəhbərliyi dövrünü
əhatə edən nəşrlər, müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük
Vətən müharibəsindən,
işğaldan azad edilmiş torpaqlarda erməni vandalizmindən və Azərbaycan həqiqətlərindən bəhs
edən kitablar var.
Dahi Azərbaycan
şairi Nizami Gəncəvi haqqında ərəb dilində nəşr olunmuş kitab və N.Gəncəvinin
“Xəmsə”si ziyarətçilərə
təqdim olunub. Stenddə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər
kitabı da təqdim olunur. Həmçinin burada Azərbaycanın tarixi, mədəniyyəti, turizm
imkanları, yazıçı
və şairləri,
musiqi və sənətçiləri haqqında
ingilis və ərəb dillərində
nəşrlər, milli
suvenirlər yer alıb.
Sərginin ziyarətçiləri
Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar hədiyyə olunur.
32-ci Beynəlxalq Kitab Sərgisi iyunun 21-dək davam edəcək.
Mədəniyyət.- 2023.- 17 iyun.- S.3.