Mədəniyyətimizin böyük hamisi  

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərindəsovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamlarıHeydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1993-cü il 9 iyun

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Gəncədə 4 iyunda baş verən olaylardan (Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasında toqquşma) sonra dərin böhran keçirən Xalq Cəbhəsi iqtidarının israrlı xahişi ilə Bakıya gəlib. Heydər Əliyev iyunun 13-14-də Gəncəyə gedərək vəziyyətlə tanış oldu, ictimaiyyət nümayəndələri ilə görüşdü, qiyamçılarla danışıqlar apardı. Məhz onun böyük dövlətçilik təcrübəsi sayəsində vəziyyətin vətəndaş qarşıdurmasına yuvarlanmasının qarşısı alındı.

1993-cü il 15 iyun

Azərbaycan parlamentininAli Sovetin səlahiyyətlərini həyata keçirən Milli Məclisin (50 deputatdan ibarət orqan 1991-ci ilin 26 noyabrında Ali Sovetin qərarı ilə yaradılmışdı 1995-ci ildə yeni parlament seçilənədək bu funksiyanı yerinə yetirdi) iclasında təşkilati məsələyə baxılıb. Prezident Əbülfəz Elçibəyin təklifi ilə Heydər Əliyev Ali Sovetin sədri seçilib. Deputatlar qarşısında çıxış edən Heydər Əliyev bütün fəaliyyətini Azərbaycanın müstəqilliyinin qorunması möhkəmləndirilməsinə sərf edəcəyini bildirib.

“...Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək...”.

1993-cü il 24 iyun

Prezident Əbülfəz Elçibəyin iyunun 18-nə keçən gecə Bakını tərk edərək Naxçıvana getməsindən sonra yaranmış vəziyyət Milli Məclisdə geniş müzakirə olunub. Əbülfəz Elçibəylə danışıqlar aparmaq üçün Ordubad rayonunun Kələki kəndində getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament, Konstitusiyanın tələbini nəzərə alaraq, Prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.

1993-cü il 25 iyul

Heydər Əliyev Ağdam şəhərinin Ermənistan tərəfindən işğalı (23 iyul) nəticəsində bölgədə yaranmış gərgin vəziyyətlə əlaqədar Bərdə rayonuna gedib. Ertəsi gün Ermənistanın təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasına yazılı müraciət edib.

1993-cü il 12 avqust

Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev rusiyalı yazıçı, “Denqəzetinin baş redaktoru Aleksandr Proxanova müsahibəsində Azərbaycanda son aylarda gedən proseslərdən ətraflı söz açıb. O, mövcud vəziyyətdə insanların hansı ideyanı qəbul edəcəyi barədə suala cavabında demişdi: “Yalnız milli barışıq ideyasını, ayrı heç bir ideyanı yox! Bunun daha mənası yoxdursən hansı partiyaya mənsubsan, neçə yaşın var, hal-əhvalın necədir. Bizi dəhşətli həddən yalnız ümummilli barışıq uzaqlaşdıra bilər. Bunu xalq başa düşür... Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə. Bax, budur ideya, budur fəlsəfə! Belə düşünürəm ki, bu ideologiyanı ədəbiyyat incəsənət xadimləri, din xadimləri formalaşdıracaqlar...”.

1993-cü il 24 avqust

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ərazi bütövlüyünün qorunmasına həsr edilmiş Ümumrespublika müşavirəsində nitq söyləyib. Həmin günlər ölkə ağır sınaqlarla üz-üzə idi. Ermənistanın işğalçılıq müharibəsinin genişləndiyi, avqustun ortalarında Cəbrayıl Füzuli rayonlarının böyük hissəsinin, ardınca (23 avqust) hər iki rayon mərkəzinin işğal olunduğu vaxtda Azərbaycanın cənub bölgəsindəTalış-Muğan Respublikasıadlı separatçılıq avantürası başlamışdı. Heydər Əliyev bölgənin ziyalıları ictimaiyyət xadimlərinin iştirakı ilə bu avantüranı aradan qaldırdı.

“... Güman edirəm ki, gələcək günlər, illər xalqın indiki dövrdə olan vəziyyətinə tam qiymət verəcək... Birbaşa olmasa da, tarix hərənin qiymətini özünə verəcəkdir. Eyni zamanda sizə bildirmək istəyirəm ki, Azərbaycan xalqının qüdrəti var, imkanı da var. Azərbaycan xalqı onun qabaqcıl, işıqlı fikirli adamları, xalqa sədaqətli övladları, xalq üçün ürəyi yanan şəxsləri birləşərək Azərbaycanı bu ağır vəziyyətdən çıxaracaqlar...”.

1993-cü il 14 sentyabr

Heydər Əliyev görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovu 60 illik yubileyi münasibətilə təbrik edib. “Qırx ildən çoxdur ki, çoxşaxəli yaradıcılığınız çağdaş Azərbaycan musiqi mədəniyyətini zənginləşdirməkdədir. Böyük fitri istedadın məhsulu olanMəhəbbət əfsanəsibaletiniz xalqımızın milli musiqisini dünyaya tanıdan şah əsərlərdəndir. Sizin yaradıcılığınız ulu mədəniyyətimizi bütün əzəməti ilə aləmdə təmsil edir. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsində indən sonra da mühüm xidmətlər göstərəcək, qədim zəngin ənənələri olan milli musiqi mədəniyyətimizə parlaq səhifələr yazacaqsınız” – deyə təbrik məktubunda bildirilirdi.

 

Hazırladı: V.Orxan

 

(davamı var)

Mədəniyyət.- 2023.- 17 iyun.- S.5.