Lənkəran teatrının müraciəti ilə yeni ixtisas üzrə kadrlar hazırlanacaq

 

 

Yeni tədris ilindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindəinteryer eksteryerin bədii tərtibatıixtisası üzrə qrup fəaliyyətə başlayacaq. Mərkəzin direktoru Afər Həmidoğlu bu barədə Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi ilə görüşdə bildirib.

O, teatrın belə bir ixtisasın açılması ilə əlaqədar fevral ayında etdiyi müraciətə müsbət yanaşdıqlarını məsələni Elm Təhsil Nazirliyi ilə razılaşdırdıqlarını deyib. Sentyabr ayından 20 nəfərlik qrup yeni ixtisas üzrə təlimlərə cəlb olunacaq.

Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən İntiqam Hacılı müraciətə diqqət göstərdiklərinə görə Elm Təhsil Nazirliyinə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşəkkürünü ifadə edib.

Teatrla Peşə Təhsil Mərkəzi arasında müvafiq müqavilə bağlanılıb. Mərkəz həm Lənkəran teatrı, həm bölgənin mədəniyyət müəssisələri üçün kadrlar hazırlayacaq.

Mərkəzin direktoru Afər Həmidoğlu bildirib ki, interyer eksteryerin bədii tərtibatı ixtisası üzrə kadr hazırlığında Lənkəran Dövlət Dram Teatrının rəssam rejissorları da yaxından iştirak edəcəklər.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.4.