Azərbaycanlı veteran haqqında film Rusiya telekanalında
Ötən il Sankt-Peterburqda MDB ölkələrinin
kinematoqrafçılarının pitçinqi keçirilmişdi.
Tanınmış kinorejissor
Ali Xamrayevin “Sonuncu şahid” film layihəsi pitçinqin qaliblərindən
biri olub. “Sonuncu şahid” layihəsi İkinci Dünya müharibəsinin
sağ qalmış qəhrəmanlarının həyatından
bəhs edir.
Azərbaycan kinematoqrafçıları da bu layihəyə qoşulub. “Azərbaycanfilm”
kinostudiyasından verilən
məlumata görə,
“Sonuncu şahid” layihəsi çərçivəsində
Astaranın Pensər kəndində yaşayan
97 yaşlı müharibə
veteran İzzət Nemətov
haqqında film çəkilib.
Filmin prodüseri Nazim Hüseynov,
ssenari müəllifi
Tahir Tahiroviç, rejissoru
Aydan Əhmədova, operatoru
Rafiq Əliyevdir. Filmin
montaj prosesi Sankt-Peterburqda gerçəkləşib.
Ümumilikdə 10-a yaxın qəhrəmanın
həyatından bəhs
edən “Sonuncu şahid” film-balladası
22-23 iyun tarixlərində
Rusiyanın “Kultura TV”
kanalının proqramında
yer alıb.
Mədəniyyət.-
2023.- 23 iyun.- S.5.