Musiqili TeatrdaSevənlərindir dünya

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir PəhləvanınSevənlərindir dünyaəsəri əsasında hazırlanan məzhəkənin premyerası keçirilib.

21-22 iyun tarixlərində nümayiş olunan məişət komediyasının ana xəttini iki gəncinbakılı Şəriflə özbək qızı Müyəssərin ülvi məhəbbəti təşkil edir. Tamaşanın əsas motivi dünyanı xilas edən məhəbbətə olan inam hissidir bu, iki türk gəncinin timsalında təqdim edilir.

Tamaşanın quruluşçu rejissoru Elməddin Dadaşov, baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatçısı geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.

Rolları Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Eleanora Abbasova, Murad Əliyev Cəbrayıl Cəbrayılov oynayırlar.

Teatrın xor balet truppasının çıxışı da tamaşaya özünəməxsus rəng çalarlar əlavə edir. Tamaşada Azərbaycan özbək xalq musiqisindən, milli rəqslərindən folklor nümunələrindən istifadə olunub. “Sevənlərindir dünyahəm iki qardaş xalqın adət-ənənələrindəki yaxınlıq doğmalığı nümayiş etdirir.

İlk nümayişdən sonra pyesin müəllifi Əmir Pəhləvan deyib: “Bu, mənim teatr səhnəsində tamaşaya qoyulan üçüncü əsərimdir. Bundan əvvəl Bakı Bələdiyyə Teatrındaİnsan iblis”, Akademik Musiqili Teatrda isəİstədiyim yar idiəsərlərim oynanılıb. Bu gün səhnəyə qoyulan tamaşada zəhməti keçən teatrın bütün kollektivinə təşəkkür edirəm. Güman edirəm ki, onlar əsasında iki gəncin sevgisi dayanan əsərə maraqlı baxımlı səhnə həyatı veriblər”.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.3.