Filarmoniyada piano musiqisi
axşamı
Мüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijor Əməkdar artist Əyyub Quliyev) konserti keçirilib.
İyunun 20-də gerçəkləşən musiqi
axşamının tamaşaçıları
arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri də olub.
Konsertdə orkestrin
müşayiəti ilə
Xalq artistləri Ülviyyə Hacıbəyova,
Yeganə Axundova, beynəlxalq müsabiqələr
laureatı Səidə
Tağızadə və
Prezident təqaüdçüsü
Vurğun Vəkilov (hamısı piano) çıxış ediblər.
Qərbi Avropa bəstəkarlarının yaradıcılığına müraciət olunan konsert alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2023.- 23 iyun.- S.5.