Azər Dadaşovun Ulu öndər Heydər Əliyevə həsr etdiyi əsərlər səslənib
Ulu öndər
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) silsilə
tədbirlər həyata
keçirilir.
Görkəmli bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun Ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərlərindən ibarət
konsert və yeni not nəşrlərinin
təqdimatı (19 iyun)
da bu qəbildən
növbəti tədbir
idi. Bəstəkarın
bu yaxınlarda çapdan çıxmış
üç musiqi toplusunda dahi şəxsiyyətə həsr
olunmuş əsərləri
də var.
İttifaqın sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə giriş sözündə
Azər Dadaşovun yaradıcılığından söz açdı. Qeyd etdi ki,
əksər musiqi janrlarında səmərəli
fəaliyyət göstərən
bəstəkarın əsərləri
canlı obrazlılığı
və musiqi dilinin ifadəliliyi ilə diqqəti cəlb edir. Bildirdi ki, bəstəkarın
simfonik janrda məhsuldar yaradıcılığı
var, o, 16 simfoniyanın
müəllifidir.
Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı “Azər
Dadaşovun yaradıcılığında
Heydər Əliyev obrazı” mövzusunda çıxış etdi.
O, həmçinin bəstəkarın
hər birində Ümummilli liderə ithaf kompozisiyasının yer aldığı üç yeni nəşr haqqında məlumat verdi. “Azər Dadaşovun violin
və fortepiano üçün əsərlər”,
“Fortepiano üçün
lirik pyeslər”, “Xor və fortepiano
üçün mahnılar”
musiqi topluları həm peşəkar musiqiçilər, həm
də tələbələr
üçün nəzərdə
tutulub.
Tədbirdə bəstəkarın xor və fortepiano üçün yazılmış
“Heydər atamız”,
“Qarabağ bayatıları”,
“Bir millət, iki dövlət”, “Vətənim var”, violin və fortepiano üçün
“Poema-ithaf”, “Ariya” pyesləri, digər əsərləri, eləcə
də ilk dəfə müəllifin
ifasında “Serenada” lirik pyesi səsləndi.
Konsertdə Azərbaycan
Milli Konservatoriyası
tərkibində İncəsənət
gimnaziyasının “Harmoniya”
və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin “Xəzər”
birləşmiş tələbə
xoru (xormeyster Əməkdar müəllim
Təranə Yusifova),
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) I kurs
tələbəsi Ozcan
Cabbari (violin), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi Fidan Musayeva (violin), BMA-nın II kurs tələbəsi Emil Hüseynov (violin), İncəsənət gimnaziyasının
VIII sinif şagirdi Sura Həsənli (violin, müəllim professor Fatima İdiatulina), beynəlxalq
müsabiqə laureatı
Ülviyyə Kazımova
çıxış etdilər.
Tədbir Azər
Dadaşovun Ümummilli
lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 16 saylı
“Vətən oğlu”
simfoniyasının finalının
video variantda nümayişi və yeni not əsərlərinin
təqdimatı ilə
başa çatdı.
Fidan Nəsirova
BMA-nın elmi
tədqiqat laboratoriyasının
əməkdaşı
5.Mədəniyyət.-
2023.- 23 iyun.- S. 5.