Laçına qayıdan yol” – dirçələn yurd yerində ilk plener

 

Laçın şəhərində “Art Passageyaradıcılıq mərkəzinin təşəbbüsü təşkilatçılığı ilə gənc rəssamların pleneri keçirilir. 20-24 iyun tarixlərini əhatə edənLaçına qayıdan yoladlı layihədə Azərbaycan Rəssamlıq Akademiyasının 17 məzunu müasir şəhər kimi yenidən canlanan Laçının gözəl mənzərələrindən etüdlər yaradırlar.

30 il davam edən işğal boyunca Qarabağı dahi Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin əslən laçınlı Nadir Əbdürrəhmanovun tablolarından izləyən gənc rəssamlar özləri indi Laçındadırlar. Artıq xatirələrdən, fotolardangözləri qarşısında açılan naturadan yeni əsərlər yaradırlar. Bu mənada gənc rəssamların Laçında keçirilən ilk pleneri sənət hadisəsi sayıla bilər.

“Art Passageyaradılıcılıq mərkəzinin təşkilatçılığı ilə növbəti mərhələdə Azərbaycanın məşhur rəssamlarının iştirakı ilə Laçında simpoziumların beynəlxalq plenerlərin keçirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.3.