Solmayan poeziya gülüstanı...

Nigar Rəfibəyli-100

 

İyunun 23-ü XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin (1913-1981) anadan olmasının 110-cu ildönümüdür. Bu münasibətlə şairin həyat yaradıcılığı haqqında bir sıra faktları oxucularımıza təqdim edirik.

Gəncə şəhərində anadan olan Nigar xanım ibtidai təhsilini burada alıb, 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 1932-1936-cı illərdə Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. 1930-1932-ci illərdə Bakı kinostudiyasında, “Azərnəşr”də tərcüməçi redaktor, 1937-1939-cu illərdəUşaqgəncnəşr”də redaktor işləyib. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub.

Nigar Rəfibəyli milli ədəbiyyatı lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Vətənə bağlılıq, insanın mənəvi ucalığı yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.

Şairliklə yanaşı, tərcümə fəaliyyəti ilə məşğul olub. Məhsəti Gəncəvinin rübailərini, Evripidinİfigeniya”, F.ŞillerinMəkr məhəbbət”, A.P.ÇexovunVanya dayı”, “Albalı bağıdramlarını, E.L.VoyniçinOvod”, O.QonçarınBayraqdarlarromanlarını, Ə.Nəvai, A.Puşkin, M.Lermontov, T.Şevçenko, A.Mitskeviç, A.Sereteli başqalarının əsərlərini tərcümə edib.

Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərinə görə 1967-ci ildə AzərbaycanınƏməkdar mədəniyyət işçisi”, 1981-ci ildəXalq şairifəxri adlarına layiq görülüb, “Şərəf Nişanıordeni medallarla təltif olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə Nigar Rəfibəylinin 100 illik yubileyi  qeyd olunub. Paytaxtın küçələrindən biri onun adını daşıyır.

 

Atasını bolşeviklər güllələyib

 

Şairin atası Xudadat bəy Rəfibəyli xalqının azadlığı yolunda mübarizə aparan ictimai-siyasi xadim idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri, daha sonra Gəncə şəhərinin general-qubernatoru olmuşdu. 1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra may ayında həbs olunur məhkəmənin hökmü ilə Bakıya gətirilərək Nargin adasında güllələnir.

 

İlk şeiri ilk kitabı

 

Nigar RəfibəylininÇadraadlı ilk şeiri 15 yaşında, 1928-ci ildəDan ulduzujurnalında dərc edilib. İlk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan şairin birinci kitabı 1934-cü ildə nəşr olunub.

Nigar Rəfibəyli yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün bir-birindən maraqlı şeirlər qələmə alıb. ŞairinBalaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.

Şair bundan başqa, “Zəfər nəğməsi” (1943), “Şeirlər” (1949), “Anaların səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir” (1964) s. kitabların müəllifidir.

Toylarında Cavidlə Müşfiq iştirak edib...

Nigar xanım 1937-ci ildə şair Rəsul Rza ilə ailə həyatı qurur. Qızları Fidan Rzayeva müsahibələrinin birində bu haqda deyir: “Onların toyu elə yaşadıqları balaca daxma kimi evdə keçirilib. Sonradan repressiya olunan adamların bir çoxu, eləcə Hüseyn Cavid, Mikayıl Müşfiq onların toyunda iştirak ediblər. Atamgilin toyu ədəbiyyat adamlarının axırıncı məclisi olub. Bu məclisdən sonra onların hamısını bir-bir aradan götürüblər”.

 

İldən uzun gecələr...

 

1981-ci ildə Nigar xanımda ağır xəstəlik aşkar olunur. Xəstəlik artıq irəliləmişdi. Həkimlər onu müalicə üçün Moskvaya aparmağı məsləhət görürlər. Bir müddət idi Rəsul Rza da xəstəxanada müalicə olunurdu. Aprelin 1-də oğulları Anar anasının səhhəti ilə bağlı xəbəri Rəsul Rzaya demək üçün xəstəxanaya gedir. Xəbəri eşidən Rəsul Rzanın həyəcandan təzyiqi yüksəlir dünyasını dəyişir. Həyat yoldaşının vəfat xəbərini Nigar xanıma söyləmirlər...

Həmin ərəfələrdə Emin Sabitoğlu Nigar Rəfibəylinin 40-cı illərdə yazdığıNeyləyimşeirinə sonradan böyük populyarlıq qazanan mahnı (“Alagözlüm”) bəstələmişdi.

Mahnının tarixi barədə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar müsahibələrinin birində deyib: “Atamın vəfatından sonra bir gün Emin mənə dedi ki, Nigar xalanın sözlərinə təzə bir mahnı bəstələmişəm. Amma sən verən mətnlərdən deyil, köhnə bir şeiridir. Həmin mahnını Akif İslamzadənin ifasında lentə yazdırmışdı. Bir gün lenti , maqnitofonu da xəstəxanaya gətirdik. “Qoy Nigar xala özü eşitsindedi. Mən mahnının hansı şeirə bəstələndiyini bilmirdim təəccüblənirdim ki, görən niyə Emin əlində təzə mətnlər ola-ola köhnə şeirə müraciət edib. Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm:

 

Alagözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur, neyləyim!

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim!

 

Məhz bu sözlərartıq dünyadan köçmüş insanı haraylamasıbəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamın yoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anam bilmirdi tək”.

aradan keçən üç ay...

Bir müddət sonra həkimlər Nigar xanımın xəstəliyinin əlacsız olduğunu etiraf edirlər. Onu evlərinə gətirirlər. Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da – ömür-gün yoldaşının vəfatından üç ay sonradünyasını dəyişir.

Xalq şairinin təkNeyləyimşeiri deyil, bir çox poeziya nümunələri nəğməyə dönüb tanınmış müğənnilərin ifasında qəlblərə həzinlik gətirib. Şeirləri ilə bərabər, sözlərinə yazılan mahnılar da bu gün oxunur, gələcəkdə oxunacaq...

 

Hazırladı: N.Məmmədli

Mədəniyyət.- 2023.- 23 iyun.- S.6.