Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri elan olundu

 

Qran-prinin biri Özbəkistana gedir, biri Azərbaycanda qalacaq...

 

 

Xəbər verdiyimiz kimi, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində ənənəvi olaraq beynəlxalq müsabiqə təşkil edilib. Azərbaycan Milli Konservatoriyasında xanəndə instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilən müsabiqə iki turdan ibarət olub.

Müsabiqəyə Azərbaycan, İran, İsrail, Özbəkistan Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə 4 ifaçı təmsil edib. Onların ifalarını beynəlxalq münsiflər heyətiAzərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi (sədr), Böyük BritaniyadanSonglinesmusiqi jurnalının baş redaktoru Simon Broughton, İraqdan ud ifaçısı Nasir Şamma, ÖzbəkistandanSoqdianaDövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli dünya musiqisi üzrə tədqiqat qrupunun rəhbəri Abdullah Akat qiymətləndiriblər.

Müsabiqənin 19-20 iyun tarixlərində keçirilən birinci turundan sonra 10 iştirakçı (instrumental ifaçılıq üzrə 5 nəfər, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı) ikinci tura vəsiqə qazanmışdı.

Müsabiqənin ikinci turu iyunun 21-də keçirilib. İnstrumental ifaçılıq kateqoriyasında Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

İyunun 22-də müsabiqənin ikinci turunun nəticəsi olaraq qalib mükafatçılar elan olunub.

Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında baş mükafatıQran-prini Mohiçehra Şahmurotova (Özbəkistan) qazanıb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutub.

İnstrumental ifaçılıq kateqoriyasında Qran-pri mükafatına tarzən Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan, balaban), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan, rübab), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan, kamança) sahib olub.

Qaliblərə mükafatlarMuğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində təqdim ediləcək.

Münsiflər heyətinin sədri Siyavuş Kərimi bildirib ki, müsabiqə istedadların özlərini daha geniş auditoriyaya təqdim etməsi istiqamətində bir təkan olub. O, müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

Münsiflər heyətinin üzvləri çıxış edərək müsabiqə barədə öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.1.