26 İyun
– 105 il sonra...
Cümhuriyyət tariximizin şanlı səhifəsi
Zəfər ruhu ilə daha da
dəyər qazanıb...
Yüz il
əvvəlin zəfər
yolu bir gün Qarabağdan da keçəcək... Beş il öncə
Cümhuriyyət tariximizin
şanlı səhifələrindən
birinin – Azərbaycan Milli Ordusunun yaranmasının 100-cü ildönümünə
həsr edilən yazımın sərlövhəsi
belə idi. Etiraf edək ki, o zaman o “bir gün”ün
iki il sonra
yetişəcəyini kimsə
desə, inanmazdıq.
Amma o günün gələcəyinə ümidimiz
heç vaxt itməmişdi, Qarabağ
Zəfərinin nə
zamansa gerçək olacağına inanırdıq...
Budur, artıq
üçüncü ildir
26 İyun – tariximizin yüz ilin o tayında qalan səhifəsi, sadəcə,
əlamətdar təqvim
günü olmaqdan çıxıb və onu canı-könüldən,
gerçək bir Zəfər ruhu ilə qarşılayırıq...
***
Hərçənd bu günün tarixindən də, tariximizin 1918-ci ilin 26 iyunu ilə başlayan, amma qısa sürən rəşadətli səhifəsindən
də uzun illər xəbərsiz olmuşduq. Cümhuriyyət
dövrünün əksər
səhifələri kimi...
Yalnız 1998-ci ildə
bu gün təqvimdə haqq etdiyi yeri aldı.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı
ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü
elan edildi...
Milli Ordu
yeni qurulan milli dövlətin özünütəsdiq üçün
ən başlıca şərt idi. Məhz güclü, nizami ordu 1918-ci ilin 28 mayında bəyan edilən istiqlalın bütün ölkə ərazisində
qələbəsini təmin
edə bilərdi. Bu yolda Azərbaycana
ən böyük dəstəyi isə qardaş Türkiyə (o vaxt Osmanlı dövləti) verdi.
1918-ci il iyunun
əvvəlində S.Şaumyanın
başçılıq etdiyi
“Bakı Komissarları
Soveti” əksəriyyəti
ermənilərdən ibarət
olan 20 minə yaxın döyüşçü
ilə Cümhuriyyətə
qarşı savaşa
başlamışdı. Birinci
məqsəd Milli Hökumətin Tiflisdən
Gəncəyə köçməsinə
mane olmaq idi. Lakin buna
nail olmadılar. Osmanlının beşinci
diviziyası (Qafqaz diviziyası) Mürsəl
paşanın rəhbərliyi
ilə Gümrü-Dilican-Ağstafa
yolunu döyüşlə
keçərək Gəncəyə
gəlib çıxdı
və şəhərdə
əmin-arxayınlığı təmin etdi.
İyunun 16-da Fətəli xan Xoyskinin başçılıq
etdiyi hökumət kabineti Tiflisdən Gəncəyə köçdü.
İyunun 26-da Nazirlər
Şurası ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə
qərar qəbul etdi. Keçmiş çar ordusunda general Əliağa Şıxlinskinin başçılıq
etdiyi müsəlman korpusu əsasında Milli Ordunun təməli
qoyuldu.
***
Azərbaycan milli korpusunun və Osmanlının beşinci diviziyasının
birləşmiş qüvvələri
(Qafqaz İslam Ordusu) Nuru paşanın
komandanlığı altında
Gəncədən Bakıya
zəfər yürüşünə
başladı. Orduya türklərdən və
azərbaycanlılardan ibarət
18 min əsgər və zabit daxil
idi. İki həftə davam edən döyüşlərdə
Göyçay və Şamaxı ətrafında
“Bakı Soveti” qoşunlarına ağır
zərbə vuruldu. İyulun sonunda Şaumyanın rəhbərlik
etdiyi “Bakı Soveti” istefa verməyə məcbur oldu, avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi diktaturası” adlanan yeni mürtəce
bir qurum yaradıldı.
Avqustun 11-də Gəncədəki Milli Hökumət ümumi hərbi səfərbərlik
elan etdi və 1894-1899-cu il təvəllüdlü bütün
vətəndaşlar hərbi
xidmətə çağırıldı.
Sentyabrın 15-də Bakıya həlledici hücum başlandı, şəhər azad edildi. Bu döyüşlərdə
Azərbaycan və Osmanlı qoşunları ümumilikdə 4 mindən
çox şəhid
(o cümlədən türk
hərbçilər 1130 nəfər)
vermişdi.
Lakin türk
əsgəri tezliklə
Azərbaycanı tərk
etməyə məcbur
oldu. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinin tələbinə görə,
I Dünya müharibəsində
məğlub sayılan
Osmanlının qoşun
qüvvələri Bakıdan
çıxmalı, şəhərə
qalib Antantanı təmsil edən ingilis qoşunları daxil olmalı idi. Milli Hökumətin
bu qərarı qəbul etməkdən başqa çarəsi yox idi. Noyabrın
17-də general Tomsonun
hərbi dəstələri
Bakıya girdi. Bu arada Cümhuriyyətin
Hərbi Nazirliyi fəaliyyətə başladı.
Keçmiş çar
Rusiyası ordusunun generallarından Səməd
bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski
hərbi nazirin müavini, general Süleyman Sülkeviç
Baş Qərargah rəisi təyin edildilər.
***
1919-cu il milli
ordu quruculuğunda həlledici mərhələ
oldu. Ordunun yaradılması prosesi
1920-ci ilin yanvarında
əsasən başa çatdırıldı. 40 min
nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən
ibarət idi. 1919-cu ilin yayında isə, yenə I Dünya müharibəsinin
nəticələrinə əsasən,
ingilislər Bakını
tərk etməli oldular. Şəhərin idarəçiliyi Azərbaycan
hökumətinə təhvil
verildi. Cümhuriyyətin
ordu quruculuğunda təcrübəli general və zabitlər – İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy
Şıxlinski, Həbib
bəy Səlimov və digərlərinin də böyük əməyi olmuşdu.
Lakin 1919-cu ilin
sonundan Azərbaycana şimaldan hərbi təhdidlər artmağa başlamışdı. “Vahid
Rusiya”nı bərpa etmək iddiasında olan general Denikinin qoşunları Cənubi Qafqaza yaxınlaşırdı.
Denikinlə müharibə
aparan rus bolşeviklərinin də
gözü Azərbaycanda
idi. Bu arada
Ermənistanın daşnak
hökuməti Moskvada
gizli danışıqlar
apararaq Azərbaycandan
qoparılacaq ərazi
güzəştləri müqabilində
Cümhuriyyət hökumətini
devirməyə yardımçı
olacağını bolşeviklərə
vəd edirdi.
1920-ci ilin əvvəlindən
Azərbaycan Ordusunun, demək olar ki, bütün qüvvələri Qarabağ,
Zəngəzur və Gəncə istiqamətində
ermənilərlə savaşda
idi, ölkənin şimal sərhədləri
isə müdafiəsiz
qalmışdı. Bakıda
isə hökumət daxilində və parlamentdə böhran dərinləşirdi. 1920-ci ilin
aprelində bolşevik
Rusiyasının XI ordusu
Azərbaycan sərhədlərinə
yaxınlaşdı və
A.Mikoyan başda olmaqla Bakı bolşevikləri “Azərbaycan
xalqı adından” bu ordunu Bakıya
çağırdılar. Aprelin
27-də Bakı buxtasına
yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamışdı,
Bakıda Milli Hökumət süqut etdi.
Gəncəbasarda və Qarabağda Cümhuriyyətin ordu hissələri ilə rus qoşunları arasında toqquşmalar iyunun ortasınadək sürdü. Amma qüvvələr bərabər
deyildi. Bolşevik hökuməti 1920-ci il mayın 7-də Azərbaycanda
ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Milli Ordunun
ləğvindən sonra
21 generaldan 15-i bolşeviklər
tərəfindən güllələndi,
komandirlərin böyük
hissəsi repressiyaya məruz qaldı...
***
Sovet dövlətinin,
bütün sahələrində
olduğu kimi, ordu quruculuğu da məlum siyasi-ideoloji
prinsiplərə köklənmişdi.
Moskva milli respublikalarda, ələlxüsus
müsəlman respublikalarında
milli hərbi kadrların hazırlanması
yönündə cəhdləri
qısqanclıqla qarşılayır
və dəf edirdi. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri
əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.
“Bunları görəndə,
düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının
bərabərhüquqlu müttəfiq
respublikasıyıq, böyük
səlahiyyətlərimiz var.
Biz nə üçün ordudan təcrid olunuruq?” – Ulu öndər Heydər Əliyev bu sözləri 2003-cü
il aprelin 21-də, Cəmşid Naxçıvanski
adına hərbi məktəbin 30 illik yubiley təntənəsində
çıxış edərkən
demişdi. O hərbi məktəb ki, sovet dövründə Azərbaycan milli hərbi kadrların hazırlanması istiqamətində
mühüm rol oynayıb.
Heydər Əliyev
1973-cü ildə böyük
səylər nəticəsində
belə bir məktəbin yaradılmasına
nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi.
Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə
azərbaycanlı zabitləri,
necə deyərlər,
barmaqla saymaq olardı. Əlbəttə,
indi bəziləri
1973-cü ildə Bakıda
belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi
qədər adi qərar hesab edə bilərlər. Amma buna nail
olmaq üçün,
həqiqətən, böyük
siyasət və uzaqgörənlik lazım
idi.
***
Üstündən 20 il ötdü və Heydər Əliyevin yaratdığı
hərbi məktəb
müstəqil Azərbaycanda
ordu quruculuğu üçün əsas peşəkar kadr bazasına çevrildi.
70-ci illərdə həmin
məktəbin müdavimləri
olanlar artıq müstəqil Azərbaycanın
Silahlı Qüvvələrinin
zabitləri, generalları
idi.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra, bütün sahələr
kimi, ordu quruculuğu böhran və çətinliklərdən
keçdi. Təkcə
bir faktı deyək ki, 1991-1993-cü illərdə Azərbaycanda
Müdafiə Nazirliyinin
rəhbərliyi 6 dəfə
dəyişdirilmişdi. Dövrün
məlum siyasi prosesləri, hakimiyyət böhranı, Qarabağda
yaşanan ağır
itkilər Silahlı Qüvvələri də iflas həddinə gətirmişdi. Dövlətin
və onun ordusunun güclü liderə, komandana ehtiyacı vardı.
Məhz Heydər
Əliyev 1993-cü ilin
iyununda Azərbaycana rəhbərliyə qayıdandan
sonra ölkədə
gerçək ordu quruculuğu başlandı.
Lakin bu prosesə fundamental şəkildə başlamaq
üçün ölkədə
ictimai-siyasi sabitliyin bərqərar edilməsi,
ordu quruculuğunun şah damarı olan iqtisadiyyatın bərpası zəruri idi.
Bütün bunları nəzərə
alaraq Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə
nail oldu. Çünki o, Azərbaycan
əsgərinin gerçək
durumundan xəbərdar
olduğu kimi, müzəffər ordu quruculuğu üçün
nə etmək lazım olduğunu gözəl bilirdi. Sonrakı illərdə Azərbaycanda Silahlı Qüvvələrin ən
müasir səviyyədə,
o cümlədən qardaş
Türkiyənin hərbi
təlim və kadr hazırlığında
köməyi sayəsində
yenidən qurulması,
ordu hissələrinin
maddi-texniki təchizatının
təkmilləşdirilməsi, hərbçilərin həyat
şəraitinin yaxşılaşdırılması
üçün atılan
ardıcıl addımlar
bunu bir daha təsdiqlədi.
***
“Əfsuslar olsun
ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçib. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz ölkəmizi gücləndiririk. Hərbi
potensialın möhkəmləndirilməsi
ilə məşğuluq.
Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz
daha da artmalıdır”
– Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir neçə il əvvəl söylədiyi bu sözlər dövlətin
ordu quruculuğuna nə dərəcədə
müstəsna önəm
verdiyini göstərirdi.
Çünki müharibə hələ
bitməmişdi, sadəcə,
atəşi kəsilmişdi...
2008-ci ilin 26 iyununda, Azərbaycan Silahlı Qüvvələrinin
Birinci Qarabağ müharibəsindən sonra,
atəşkəs dövründə
keçirilən ilk paradında Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Ordunun
güclənməsi üçün
nə lazımdırsa,
biz bundan sonra da edəcəyik.
Çünki Azərbaycan
müharibə şəraitində
yaşayır və müharibə hələ
bitməyib. Müharibənin
birinci mərhələsi
başa çatıb.
Biz hər an öz doğma
torpaqlarımızı azad
etməyə hazır
olmalıyıq və
məhz bu məqsədlə biz güclü ordu yaradırıq. Əlbəttə,
biz sülh danışıqlarını davam
etdirəcəyik. Ancaq,
eyni zamanda, güclü ordunun yaranması həm də bizə imkan verir ki,
biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı
işğalçılardan azad edək...”.
O vaxt Qarabağ
müharibəsində atəşkəsin
14 ili arxada qalmış, amma sülh danışıqları
heç bir nəticəyə gətirməmişdi.
İrəlidə hələ
neçə belə illər vardı. Eyni zamanda, bir
gerçək o vaxt da bəlli idi:
savaş diplomatiyası
o vaxt təsirli olur ki, onun
arxasında düşmənin
hesablaşdığı güc
dayanmış olsun.
Sonra
2016-cı ilin apreli gəldi. Dördgünlük
döyüşlərdə düşmən bu gücü ilk dəfə
gördü.
***
“Bu gün
Azərbaycan Ordusunun istər texnika və bacarıqlı hərbi kadrlar baxımdan təchizatı
ilə, istərsə
də ölkəmizin
iqtisadi potensialının
bu istiqamətdə açdığı imkanlarla,
həqiqətən, öyünməyə
dəyər. Bu reallıqla işğalçı
dövlət də əvvəl-axır hesablaşmağa
məcbur olacaq. Necə ki, 2016-cı ilin aprelində bu gücün qarşısında geri durmağa məcbur oldu. Təkrarı da olacaq. Babaların
yüz il öncə Gəncədən
Bakıya istiqlalı gətirən zəfər
yolu nəvələrin
sayəsində bir gün Qarabağdan da keçməlidir...” – bunu da beş
il əvvəl, 2018-ci
ilin iyununda yazmışdıq.
2020-ci ilin 27 sentyabrında o gün gəldi. Artıq təqvimimizə əbədi və dərin anlamı ilə – Azərbaycan Respublikasının işğal
altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini
yad etmə günü
– Anım Günü kimi yazılan bu tarix milli yaddaşda bir həqiqət anı, qırılma nöqtəsi
idi. Bundan sonra geri dönüş
olmazdı.
Ali Baş Komandan İlham Əliyev: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi
oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli”.
27 sentyabrda Vətən müharibəsinin başladığını
xalqa çatdıran Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ məsələsi milli məsələ,
bu məsələnin
həllinin bizim tarixi vəzifəmiz olduğunu bəyan etdi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa
olunsun... Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala
son qoyacaqdır! Ədalətsizliyə
son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!
Çünki Azərbaycan
xalqı öz torpağında yaşamaq
istəyir...”.
44 gün sonra tarixi Zəfər günü də yetişdi...
“Bu Zəfər tarixi zəfərdir. Azərbaycan
xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi.
30 ilə yaxın müddət ərzində
əmri gözləyirdi,
Ali Baş Komandanın
əmrini gözləyirdi.
Mən dəfələrlə
Azərbaycan xalqına
müraciət edərkən
deyirdim ki, biz daha güclü olmalıyıq
və nəyi nə vaxt, necə
etmək lazımdır,
biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtlı-vaxtında
atılmış addımlar,
bütün gücümüzü
səfərbər edib
bir dəmir yumruq yaradıb düşmənin başını
əzdik. Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm
etdirir. Azərbaycanın
müzəffər Ordusu
öz tarixi missiyasını yerinə
yetirdi...” – Ali Baş Komandan 10 dekabr 2020-ci ildə Zəfər paradında bu sözlərlə xalqa xitab etd.
Yuxarıda haqqında bəhs
etdiyimiz 2008-ci ilin paradından sonra Azadlıq meydanında bir neçə dəfə parad olmuşdu... Amma bu, bir başqa parad idi – Zəfər
paradı...
Ali Baş Komandan İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın
xüsusi önəmi
var. Bu, Zəfər paradıdır.
Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə
qaldırılmış bayraq
gətiriləcək. Demişdim
ki, gün gələcək
və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı
Azadlıq meydanına
gətiriləcək və
bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır...”.
Ordum varsa – yurdum var. Bir az patetik, şairanə
səslənən bu məlum ifadə, əslində, böyük
bir gerçəyin təsdiqidir. Xalqımız
Ordusu ilə hər zaman qürur duysun...
Vüqar Orxan
Mədəniyyət.-
2023.- 23 iyun.- S.6.