Mədəniyyətimizin böyük hamisi
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq
dövrdə, doğma
xalqının taleyində
tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin
mədəniyyətə diqqət
və qayğısı
onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1993-cü il 1 oktyabr
Ali Sovetin
sədri, Prezident səlahiyyətlərini icra
edən Heydər Əliyev Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri
ilə görüş
keçirib. Görüşdə
vurğulanıb ki, ölkəmizdə müxtəlif
milli icmaların, azsaylı xalqların mehribanlıq şəraitində
yaşaması Azərbaycanın
milli-mədəni zənginliyinin
göstəricisidir.
1993-cü il 3 oktyabr
Azərbaycanda növbədənkənar prezident
seçkiləri keçirilib.
Səsvermənin nəticələrinə
əsasən, Heydər
Əliyev Azərbaycan
Respublikasının Prezidenti
seçilib.
1993-cü il 6 oktyabr
Heydər Əliyev
Xalq şairi Məmməd Arazı anadan olmasının 60 illiyi münasibətilə
təbrik edib. “Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş
Azərbaycan poeziyasını
zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün
məhsulu olan yüzlərlə şeiriniz
milyonların qəlbinə
yol taparaq özünə və Sizə əbədi yaşamaq hüququ qazandırıb. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi
təkamülündə, gənclərimizin
estetik tərbiyəsi
yolunda bundan belə də yorulmadan çalışacaq,
qədim və zəngin ənənələri
olan milli poeziyamıza yeni töhfələr bəxş
edəcəksiniz”, – deyə
təbrik məktubunda
vurğulanırdı.
1993-cü il 10 oktyabr
Heydər Əliyevin
Azərbaycan Respublikası
Prezidenti kimi andiçmə mərasimi
keçirilib.
1993-cü il 26 oktyabr
Prezident Heydər
Əliyev Türkiyə
Cümhuriyyətinin yaranmasının
70 illiyi münasibətilə
Bakıda keçirilən
elmi-praktik konfransın
iştirakçılarına məktub göndərib.
“Soykökümüzün,
adət və ənənələrimizin, bir
çox müqəddəs
mənəvi sərvətlərimizin
ayrılmaz tellərlə
bir-birinə bağlı
olduğu türk xalqının bu böyük bayramı eyni zamanda Azərbaycan
üçün də
əziz gündür...
Atatürkün məşhur
“Yurdda sülh, cahanda sülh” ideyasından doğan işığa doğru irəliləyən müasir
Türkiyə dövlətinin
yeritdiyi daxili və xarici siyasətin, sosial-iqtisadi və mədəni tərəqqi təcrübəsinin
elmi-nəzəri tədqiqat
obyektinə çevrilməsi,
öyrənilməsi böyük
əhəmiyyət kəsb
edir”, – deyə məktubda bildirilirdi.
1993-cü il 2 noyabr
Prezident Heydər
Əliyev cəbhə
bölgəsində yaranmış
ağır vəziyyət,
Ermənistan silahlı
qüvvələrinin Azərbaycan
ərazilərinə yeni
hücumları ilə
əlaqədar televiziya
və radio vasitəsilə xalqa müraciət edib. İyul ayından başlayaraq Ağdam rayonunun böyük hissəsi, Cəbrayıl,
Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olunmuşdu. Heydər Əliyev Azərbaycan
cəmiyyətini, bütün
xalqı təcavüzkarla
mübarizədə səfərbər
olmağa çağırıb.
“Mən bəzi
acı həqiqətləri
sizə çatdıraraq,
eyni zamanda bildirmək istəyirəm
ki, doğrudan da, Azərbaycan xalqının potensialı
– həm qəhrəmanlıq,
həm döyüşkənlik,
həm də intellektual potensialı böyükdür. Bu sahədə ziyalılarımız
daha fəal çalışmalıdırlar. Onlar sərhəd bölgələrində, qaçqınların
arasında, ordu hissələrində olmalıdırlar...
...Əlli il
bundan əvvəlki müharibə (1941-1945-ci illər
müharibəsi – red.)
zamanı bizim ziyalılarımız – yazıçılar,
mədəniyyət xadimləri,
alimlər bu məsələlərdə çox
fəal iştirak edirdilər. İndi də ziyalılarımızı
dəvət edirəm,
çox xahiş edirəm ki, bu işə qoşulsunlar. Azərbaycan
xalqının zəngin
milli ənənələri
var. Torpaqlarımızın
etibarlı müdafiəsi
üçün bu ənənələrdən istifadə
olunmalıdır...
Bir sözlə,
vəziyyət ağırdır,
gərgindir. Ancaq bu o demək deyil ki, biz
vəziyyəti çıxılmaz
hesab edirik. Xeyr. Yenə də deyirəm, bu gün Azərbaycanın
böyük gücü,
potensialı, xalqımızın
zəngin qəhrəmanlıq
ənənələri – bunların
hamısı birləşdirilməlidir...”.
Qeyd edək
ki, Heydər Əliyevin bu müraciətindən sonra
minlərlə gənc
könüllü cəbhəyə
yola düşdü.
1993-cü il 15 dekabr
Prezident Heydər
Əliyev Xalq rəssamı Tahir Salahovu anadan olmasının 65 illiyi münasibətilə təbrik
edib. “Əmin olduğumu bildirmək istəyirəm ki, Siz bundan sonra
da xalqımızın
mədəniyyətinin dünya
miqyasında təbliğ
edilməsi, onun mənəviyyatının, bədii-estetik
zövqünün zənginləşdirilməsi,
gənc rəssamlarımızın
böyük sənətə
cəlb olunması naminə səylərinizi
əsirgəməyərək, ənənələrlə zəngin
olan Azərbaycan təsviri sənətinə
yeni töhfələr
verəcəksiniz”, – deyə
təbrik məktubunda
vurğulanırdı.
1993-cü il 17 dekabr
Prezident Heydər
Əliyevin imzaladığı
fərmanla Xalq şairi Nəbi Õəzri Azərbaycan ədəbiyyatının inkişafında
böyük õidmətlərinə
görə “Şöhrət”
ordåni ilə təltif olunub.
1993-cü il 18 dekabr
Heydər Əliyev
Xalq yazıçısı
Mirzə İbrahimovun
dəfn mərasimində
iştirak edib.
1993-cü il 20 dekabr
Prezident Heydər
Əliyev Azərbaycan
Elmlər Akademiyasının
vitse-prezidenti, akademik Ziya Bünyadovu 70 illik yubileyi münasibətilə təbrik
edib.
“Siz uzun
illər boyu tarix elmimizin inkişafı yolunda gərgin axtarışlar aparmağı ömrünüzün
mənasına çevirmisiniz.
Orta əsrlər Azərbaycanının açılmamış
səhifələrinin araşdırılmasına,
öyrənilməsinə həsr
edilən onlarca kitabınızla, yüzlərcə
məqalənizlə şərqşünaslıq
və tarix elmimizə beynəlxalq nüfuz qazandırmağa
çalışmısınız... İndi də elmi fəaliyyətinizi davam etdirərək xalqımızın tarixi sınağa çəkildiyi
bir zamanda əlinizdən gələni
əsirgəmirsiniz. Ümidvaram
ki, müstəqil Azərbaycanımız naminə
bundan sonra da yorulmadan çalışacaqsınız”,
– deyə təbrik məktubunda qeyd olunurdu.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.-
2023.- 23 iyun.- S.5.