Mədəniyyət bizim həyatımız, ənənələrimiz, kimliyimizdir

 

Cəmiyyətin hər bir üzvünü bu sahənin inkişafına, qorunmasına cəlb etmək mühüm vəzifədir

 

 Xəbər verdiyimiz kimi, Milli Məclisin yaz sessiyasındaQeyri-maddi mədəni irs haqqındayeni qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyi Əqli Mülkiyyət Agentliyi ilə birgə yeni qanun layihəsinə dair ictimai dinləmə təşkil edib.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva diqqətə çatdırıb ki, Azərbaycan UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü Konvensiyasına 2006-cı ildə qoşulub. Ötən müddət ərzində maddi qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqəti sayəsində Azərbaycanın maddi qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarına daxil edilib mədəni irsimiz bəşəriyyətin mirası olaraq qorunur. Komitə sədri ictimai dinləməni dövlətimizin başçısının bu sahəyə həssas yanaşmasının parlament müstəvisində dəstəyinin göstəricisi kimi dəyərləndirib.

Komitə sədri bildirib ki, Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması problemi milli təhlükəsizlik konsepsiyasının əsas hədəflərindən biri hesab olunur. Ölkənin milli qanunvericilik sisteminə daxil olanFolklor nümunələrinin hüquqi qorunması haqqındaQanun milli səviyyədə qeyri-maddi mədəni irsin qorunmasına hüquqi təminatlar yaradıb. Lakin son illər UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı apardığı ardıcıl müzakirələr, qəbul etdiyi sənədlər bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir.

Qənirə Paşayeva bildirib ki, müzakirəyə çıxarılan qanun layihəsi ilkin olaraq 4 fəsil, 14 maddədən ibarətdir. Qanun layihəsinin məqsədi ölkə ərazisində qeyri-maddi mədəni irs nümunələrinin yaradılması, aşkar edilməsi, toplanması, tədqiqi, təbliği, istifadəsi qorunması sahəsində yaranan münasibətləri tənzimləməkdir.

İclasda çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli ümumilikdə mədəni irs sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, xalqın qeyri-maddi mədəni irsinin qorunması da mədəniyyətimizin prioritet istiqamətlərindəndir. Qanun layihəsi bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Adil Kərimli mədəni irsin qorunması, mühafizəsi, bununla bağlı hüquqi mexanizmlərin formalaşdırılmasının zəruriliyi, mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirib ki, dövlətimiz tərəfindən Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunması mühafizəsi diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahəyə institusional yanaşma tətbiq edilir. Bu baxımdan qeyri-maddi mədəni irs nümunələrinin qorunması ilə bağlı yeni qanun layihəsi zamanın tələbidir.

Nazirin birinci müavini mədəniyyət sahəsində mövcud vəziyyət, o cümlədən qanunvericilik bazası, infrastruktur, kadr potensialı digər məsələlər barədə danışıb. Sahənin inkişafı üçün qəbul edilən sənədlər, həyata keçirilən layihələrlə bağlı fikirlərini açıqlayıb.

Mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir”, – deyən Adil Kərimli bildirib ki, bu sahədə həlli vacib məsələlər, nöqsanlar da var islahatlara başlamağın vaxtıdır. Cəmiyyətin hər bir üzvünün mədəniyyət sahəsinin inkişaf etdirilməsinə onun qorunmasına cəlb edilməsi mühüm vəzifələrdən biridir. Məsələn, milli geyimlər, milli ritmlər üzrə yazılı standartlarımız yoxdur. Bununla bağlı ciddi araşdırmalar aparılmalıdır. Çünki bu irs bir müddət sonra unudula bilər. Kənardan müdaxilələr olacaq. Milli mədəni dəyərləri bütün bunlardan qorumaq lazımdır.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov müəllifi olduğuQeyri-maddi mədəni irs (QMMİ) anlayışı onun istifadəsiadlı kitabını təqdim edərək qeyri-maddi mədəni irs nümunələrinin, ənənəvi mədəni nümunələrin biliklərin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edib.

Mövzu ətrafında müzakirələrdə komitənin üzvləri, iclasa dəvət olunmuş mütəxəssislər çıxış ediblər.

Çıxışlarda təqdim olunan qanun layihəsinin əhəmiyyəti aktuallığı, milli mədəni irsin qorunmasının vacibliyi qeyd olunub, bir sıra təkliflər verilib. Habelə mədəniyyət sahəsində mövcud vəziyyət bu sahənin inkişafı istiqamətində görüləsi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan bəzi məsələlərə aydınlıq gətiriblər.

Adil Kərimli işğaldan azad edilmiş ərazilərdə mədəni tarixi abidələrimizin bərpası barədə danışaraq abidələrimizin qorunması mühafizəsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu deyib. Bildirib ki, Azərbaycanda qeydə alınmış 6380-dək  mədəni abidə var. Onlardan 700-dən çoxu işğaldan azad olunan ərazilərimizdə qeydə alınıb. Bu ərazilərdəki mədəni tarixi abidələrimizin bərpası mühüm məsələdir. Abidələrimizin qorunması mühafizəsi təkcə dövlətin vəzifəsi deyil, hər birimizin borcudur.

Mədəniyyət sahəsində regionlarda, ucqar yerlərdə həlli vacib çox məsələlərin olduğunu deyən nazirin birinci müavini bildirib ki, hazırda xüsusilə bu istiqamətə diqqət yönəldilib. Mədəniyyət sahəsində çalışan 41 min işçidən 30 mini yerlərdə fəaliyyət göstərir. Onların az bir hissəsi öz ixtisası üzrə çalışır.

Adil Kərimli diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan mədəniyyəti ilə bağlı ümumilikdə 2040-cı ilədək dövr üçün strategiya hazırlanır. Strategiyaya əsasən, yaxınmüddətli, ortamüddətli uzunmüddətli məqsədlər, prioritetlər müəyyən ediləcək. Bu sahədə sistemli addımlar atılacaq, mədəniyyət sahəsində fəaliyyətin yeni formaları müəyyənləşdiriləcək.

Dinləməyə yekun vuran komitə sədri Qənirə Paşayeva müzakirələrin səmərəli keçdiyini, faydalı fikirlərin səsləndirildiyini söyləyib.

 

***

Qeyd edək ki, qanun layihəsi qeyri-maddi mədəni irs nümunələri ilə bağlı tələbləri, bu sahədə dövlət siyasəti, qeyri-maddi mədəni irs sahəsində dövlətin vəzifələri, qeyri-maddi mədəni irsin tənzimlənmə mexanizmləri s. məsələləri əhatə edir.

Layihəyə əsasən, qeyri-maddi mədəni irs sahəsində dövlətin vəzifələrinə qeyri-maddi mədəni irsin qorunması məqsədilə qanunvericiliyi təkmilləşdirmək, dövlət strategiyaları hazırlamaq həyata keçirmək; qeyri-maddi mədəni irs sənayesini dirçəltmək bu sahədə peşə təhsili müəssisələrini dəstəkləmək; qeyri-maddi mədəni irs sahəsində müəlliflik hüququ əlaqəli hüquqların qorunmasını təşkil etmək; bu sahədə beynəlxalq normativ bazanın təcrübənin tətbiqini həyata keçirmək; qeyri-maddi mədəni irs sahəsində idarəetmə sistemini təkmilləşdirmək müasir üsulların tətbiqini dəstəkləmək; qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinin aparılmasını təmin etmək kimi məsələlər daxildir. Bu sıraya həmçinin UNESCO-nun müvafiq siyahılarına daxil edilmiş Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələrinin effektiv qorunması onların adlarından istifadə qaydalarını müəyyənləşdirmək; qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq təşkilatlar çərçivəsində tanıtmaq xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri vasitəsilə onların təbliğini həyata keçirmək; qeyri-maddi mədəni irs nümunələrinin vəziyyətinə istifadə qaydalarına riayət olunmasına dair monitorinq həyata keçirmək; bu sahədə ixtisaslı kadrların hazırlanmasını təmin etmək, eləcə təlim, ixtisaslaşdırma, təcrübə kursları təşkil etmək s. vəzifələr aiddir.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 1; 2.