Ümidvaram ki, bu il Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş olacaq

 

Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri fevralın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, 2022-ci ilin oktyabrında Praqada Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib: “Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz qonşumuz Rusiya tərəfi ilə müsbət konstruktiv aparmaq əzmindəyik”.

Prezident vurğulayıb ki, Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri ötən il fevralın 22-də Moskvada imzalanan ölkələrimiz arasında münasibətlərin inkişafında çox mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib: “Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”.

 

Mədəniyyət.- 2023.- 1 mart. S.