Xocalı mövzusu musiqidə – Bəstəkarlar İttifaqında anım mərasimi

 

Xocalı faciəsindən sonra bu mövzuda müxtəlif janrlarda musiqi əsərləri yaranıb. Bununla belə, musiqi salnaməmizin xalqımızın tarixini, milli yaddaşımızı təcəssüm etdirən yeni irihəcmli musiqi əsərləri ilə daha da zənginləşməsini istərdik.

Bu fikirlər fevralın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə səslənib.

ABİ-nin sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə, ittifaqın katibləri – Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, eləcə də bəstəkarlar – Xalq artisti Azər Dadaşov, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova, musiqişünaslar – Əməkdar incəsənət xadimi Həcər Babayeva, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı mülahizələrini bölüşüblər.

Qeyd olunub ki, ötən əsrin 90-cı illərində bu mövzuda Məmməd QuliyevinSimfoniya-rekviyemi, Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun çoxhissəli “Xocalı avazları” oratoriyası, Azər Dadaşovun “Xocalıya ədalət!” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı”, Elnarə Dadaşovanın “Xocalı laylası”, Yusif Mirişlinin “Xocalı – 613” simfonik poeması və s. əsərlər yazılıb. Qarabağ münaqişəsini və Xocalı hadisələrini yüksək bədii səviyyədə təcəssüm etdirən əsərlərdən biri Firəngiz Əlizadənin “İntizar” operasıdır.

Xocalı faciəsi ilə bağlı yeni əsərlərdən Rəna Qədimovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”, orqan və xanəndə üçünAnd”, Kəmalə Əlizadənin violonçelkamera orkestri üçünVokaliz”, İlham Azmanlının kamera orkestri üçün “Ağı” və s. nümunələri qeyd etmək olar.

Anım tədbirində Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasından “İgidlərin rəqsi” (fortepiano üçün köçürmədə) Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Jalə İslamovanın ifasında təqdim olunub. Gənc bəstəkar Tural Məmmədli fortepiano üçün “Xocalıya İthaf” kompozisiyasını ifa edib.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 3.