Filarmoniyada soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan musiqi axşamı

 

İşğalçı erməni silahlı dəstələrinin sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının dəstəyi ilə 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı həyata keçirdiyi soyqırımından 31 il ötdü. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı qırğını təkcə Azərbaycan xalqına deyil, bütün insanlıq əleyhinə cinayət kimi tarixin qara səhifəsinə çevrilib.

Fevralın 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə mədəniyyət, incəsənət nümayəndələri, digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konsert proqramında ilk olaraq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Mustafa Mehmandarov) Qara QarayevinMatəm odası”nı səsləndirib.

Ardınca Əli ƏlizadəninSerenata dolore”, Soltan HacıybəyovunKarvansimfonik lövhəsi, Rauf ƏliyevinŞuşanın dağları başı dumanlısimfonik poeması Aqşin Əlizadənin 4 nömrəliMuğamvarısimfoniyası (final) ifa olunub.

Orkestrin müşayiətində solist Ayaz Kərimov Rauf ƏliyevinAzadlığa gedən yollarəsərini təqdim edib.

Sonra səhnəyə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbərXalq artisti Gülbacı İmanova) çıxıb. Xorun ifasında səslənən Aqşin ƏlizadəninAzərilərkantatasından “Final” otuz bir il əvvəl yaşanan bəşəri müsibətin yaddaşlardan heç zaman silinməyəcəyinin təcəssümünə çevrilib.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 1 mart. S. 3.