Vilnüsdə litvalı jurnalistinXocalıya ədalət!” fotosərgisi

 

Litva paytaxtındakı Jurnalistlər evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas LapaitisinXocalıya ədalət!” adlı fotosərgisi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sərgidə Azərbaycanın Litvadakı Səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev xalqımızın başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib: “Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma Xocalı soyqırımı elə faciədir ki, dünya ona susdu. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ onlarla insanın taleyinin necə olduğu bilinmir. Əgər Xocalı faciəsinə qarşı hansısa reaksiya olsaydı, bu gün dünyada bənzər hadisələr baş verməzdi”.

Xocalı soyqırımını dünyada işıqlandıran azsaylı insanlara, o cümlədən Riçardas Lapaitisə təşəkkürünü bildirən diplomat vurğulayıb ki, 30 il ədalət gözləməkdən yorulan Azərbaycan 2020-ci ilin payızında hərbi gücə əl atmağa məcbur oldu torpaqlarımız işğaldan azad edildi.

Riçardas Lapaitis çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti hələ Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqe bildirməyib. Jurnalist 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışıb.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar Sonsuz dəhlizfilminin diskləri tədbir iştirakçılarına paylanılıb.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 8.