Qarabağda kitabxanaların yenidən qurulması

 

Azərbaycan Latviya Milli kitabxanalarının onlayn görüşündə müzakirə olunub

 

 Fevralın 28-də Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında “EU4 Dialoqlayihəsi çərçivəsində onlayn görüş keçirilib.

Azərbaycan Milli Kitabxanasından bildirilib ki, onlayn görüş Qarabağda mədəniyyət müəssisələri kitabxanaların yenidən qurulması ilə bağlı layihənin müzakirəsilə həsr olunub.

Layihənin uğurlu olacağına ümid etdiyini bildirən Milli Kitabxananın direktoru professor Kərim Tahirov diqqətə çatdırıb ki, təəssüf ki, erməni qəsbkarları tərəfindən işğal edilən torpaqlarımızda ümumilikdə 4,6 milyon kitab fondu olan 975 kitabxana məhv edilib. Artıq torpaqlarımız işğaldan azad edilib biz həmin kitabxanaları yenidən qurmağa çalışmalıyıq. Lakin işğaldan azad olunan ərazilərimiz erməni hərbi birləşmələri tərəfindən minalandığından hazırda orada quruculuq işlərinin aparılması qeyri-mümkündür minatəmizləmə işləri həyata keçirilir. Gələcəkdə azad olunan ərazilərimizdə kitabxanaların bərpasında belə layihələr bizə bu işdə böyük köməklik göstərəcək.

Təklif olunan layihənin 2 istiqaməti görüş iştirakçılarının nəzərinə çatdırılıb. Birinci istiqamət təcrübi məşğələlərdir bunlar 3-4 həftə davam edəcək. Bu zaman Qarabağ kitabxanalarının təşkilində iştirak edəcək 2 mütəxəssisin Latviya kitabxanalarında təcrübə keçməsi nəzərdə tutulur. İkinci istiqamət yay məktəbi adlanır. 20 mütəxəssisin iştirakı ilə keçiriləcək yay məktəbinin 7-8 gün davam etməsi planlaşdırılır.

Görüş zamanı bildirilib ki, belə layihələri işğaldan azad olunmuş torpaqlarımızda kitabxanaların yenidən qurulması üçün böyük dəstək hesab etmək olar. Qeyd edək ki, hazırda Azərbaycan Milli KitabxanasındaQarabağa kitabla gedək!” layihəsi çərçivəsində işğaldan azad olunan torpaqlarda yaradılacaq kitabxanalar üçün 120 min nüsxədən artıq kitab toplanıb. İlk növbədə, Zəngilanın Ağalı kəndində Şuşa şəhərində kitabxanaların yaradılması nəzərdə tutulur.

Onlayn görüş zamanı Milli Kitabxana tərəfindən ingilis dilində hazırlananErməni işğalından azad olunan bölgələrdəki Azərbaycan kitabxanalarının hazırkı vəziyyətimövzusunda slayd iştirakçılara təqdim edilib.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 2.