Mədəniyyətimizin böyük hamisi  

(əvvəli ötən sayımızda)

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

1978-ci il 30 avqust

Azərbaycandan Sovet İttifaqının ali təhsil ocaqlarında oxumağa gedən tələbələrlə görüşdə nitq söyləyən Heydər Əliyev onlara tövsiyələrini verib, uğurlar arzulayıb.

1978-ci il 20-22 sentyabr

Sovet dövlətinin rəhbəri, Sov. İKP MK-nın Baş katibi Leonid Brejnev Azərbaycanın paytaxtına “Lenin” ordeninin təqdim edilməsi münasibətilə Bakıya səfər edib. Bakı şəhəri SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı iləinqilabi hərəkatda, Azərbaycanda sovet hakimiyyətinin qurulması möhkəmləndirilməsində xidmətlərinə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşist işğalçıları üzərində qələbəyə böyük töhfəsinə şəhər zəhmətkeşlərinin təsərrüfat mədəni quruculuqda əldə etdikləri nailiyyətlərə görə” SSRİ-nin ali ordeni ilə təltif edilmişdi. Aprelin 22-də ordenin təqdim edilməsi mərasimində nitq söyləyən Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev respublikada mədəniyyət sahəsinin inkişafından da söz açıb.

1978-ci il 3 noyabr

Heydər Əliyev bir qrup şəxsə Azərbaycan SSR Dövlət mükafatlarını təqdim edib. Respublikanın Dövlət mükafatları iki ildən bir verilirdi. Azərbaycan KP MK Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1978-ci ildə ədəbiyyat, incəsənət arxitektura sahələri üzrə ümumilikdə altı mükafat verilmişdi.

Bəstəkar Aqşin Əlizadə   26-lar” kantatası üçün.

SSRİ Xalq artisti Rəşid Behbudov   son illərin konsert proqramları üçün.

Şair Hüseyn Arif – 1976-1977-ci illərdə dərc edilmiş şeirlər poemalar üçün.

Heykəltəraşlar Telman Zeynalov, Eldar Zeynalov, arxitektor Əlibəy NovruziLənkəran şəhərində həlak olmuş döyüşçülər şərəfinə memorial üçün.

Əməkdar incəsənət xadimi, ssenari müəllifi quruluşçu rejissor Eldar Quliyev,  Əməkdar incəsənət xadimi, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssam Rafis İsmayılov, aktyor Əliabbas Qədirov – “Àzərbaycanfilmkinostudiyasında istehsal olunmuş ikiseriyalıSevinc buxtasıbədii filmi üçün.

Ədəbiyyatşünas Bəkir Nəbiyev – “Böyük Vətən müharibəsi Azərbaycan ədəbiyyatıkitabı üçün.

1979-cu il 23 fevral

Heydər Əliyev Böyük Vətən müharibəsi illərində həlak olmuş Xəzər dənizçilərinin şərəfinə ucaldılmış memorialın açılışında iştirak edib.

***

Mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində qabaqcıl fəaliyyət dövlət təltifləri ilə təşviq edilirdi.

1978-ci il 3 noyabr

Sov. İKP Mərkəzi Komitəsi SSRİ Nazirlər Sovetinin qərarı ilə ədəbiyyat, incəsənət arxitektura sahəsində 1978-ci il üzrə SSRİ Dövlət mükafatlarının laureatları elan edilib. SSRİ Dövlət mükafatı 1967-ci ildən etibarən hər il, Böyük Oktyabr Sosialist inqilabının (7 noyabr) ildönümündə verilirdi. 1978-ci ildə ədəbiyyat, incəsənət arxitektura üzrə ümumilikdə 22 mükafat verilmişdi. Laureatlardan biri Azərbaycan SSR Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov (Bakı şəhərində Məşədi Əzizbəyovun abidəsi üçün) idi.

1978-ci il 24 noyabr

C.Cabbarlı adına Yerevan (İrəvan) Dövlət Azərbaycan Dram Teatrının Bakı şəhərinə qastrol səfərində müvəffəqiyyətli çıxışlarına görə teatrın direktoru Hidayət Orucov, aktrisalar Raya Qafarova Elmira İsmayılova Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.

1978-ci il 1 dekabr

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə, səmərəli ictimai fəaliyyətinə görə anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq yazıçı İmran Haşım oğlu Qasımov Lenin ordeni ilə təltif edilib.

1979-cu il 4 yanvar

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet teatr sənətinin inkişafındakı xidmətlərinə görə M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıŞərəf Nişanıordeni ilə təltif edilib.

1979-cu il 23 yanvar

Musiqi ifaçılıq sənətinin inkişafında xidmətlərinə görə anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq respublikanın Xalq artisti Əşrəf Həsənov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

1979-cu il 6 fevral

Sovet kino sənətinin inkişafında xidmətlərinə görə anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq kinorejissor, respublikanın Xalq artisti Tofiq Tağızadə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

1979-cu il 23 fevral

Sovet ədəbiyyatı incəsənətinə xidmətlərinə görə bir qrup yaradıcı şəxsə respublikanın fəxri adları verilib:

Xalq şairi” – Mirvarid Dilbazi;

Xalq artisti” – Mürsəl Bədirov (M.F.Axundov adına Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti);

Xalq rəssamı” – Yusif Hüseynov (Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri);

“Əməkdar incəsənət xadimi” – Mürsəl Nəcəfov (sənətşünas, Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin katibi);

“Əməkdar artist” – Konstantin Aleksandrov, İsaak Levtin, Saleh Sultanov (Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistləri); Vaqif Mustafazadə (“Muğamcaz ansamblının rəhbəri).

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 3 mart.- S.5.