Tarix yaradan şəxsiyyət
Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Heydər Əliyev İli” tədbirləri davam edir.
Şəki şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, Ulu öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verib, tibb işçilərinə böyük qayğı göstərib və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayıb. Sonda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş etdirilib.
***
Beyləqan rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının tarixi əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib. Çıxışlarda vurğulanıb ki, məhz bu fərmanla ermənilər tərəfindən Azərbaycan xalqına qarşı illər boyu həyata keçirilən soyqırımı faktlarına, o cümlədən 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verilib, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Beyləqan rayon Mədəniyyət Mərkəzi, Bünyadlı kənd Mədəniyyət evi və tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Çıxış edənlər Heydər Əliyevin respublikaya rəhbərliyinin hər iki dövründə Azərbaycanın iqtisadi, mədəni inkişafı istiqamətində gördüyü işlər barədə söz açıblar.
***
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin portreti rəssamların fərdi sərgilərində” layihəsi çərçivəsində hacıqabullu gənc rəssam Şəms Abuzərlinin fərdi sərgisi açılıb.
***
Zərdab rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Zərdab nümayəndəliyi və Çallı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Azərbaycana fəda edilmiş şərəfli ömür – Heydər Əliyev ömrü” adlı tədbir keçirilib.
***
Salyan rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda aqrar sahənin formalaşmasında rolu” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları mərkəzi ziyarət edib, Ulu öndərin həyat yolu və dövlətçilik irsini əks etdirən fotostendlərlə tanış olublar.
***
Masallı rayon Mərkəzi Kitabxanası və Masallı Təhsil sektorunun təşkilatçılığı, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə Bəxtiyar Şiriyev adına Mollaoba kənd tam orta məktəbinin 9,10 və 11-ci sinif şagirdləri iştirak edib.
***
Goranboy rayon MKS-nin şəhər kitabxana filialı “Ulu öndər Heydər Əliyevin kitaba verdiyi dəyər” adlı kitab sərgisi təşkil edib.
***
Qazax rayon Heydər Əliyev Mərkəzi və “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda diskussiya klubu keçirilib. Görüşdə Ulu öndərin idman sahəsinə göstərdiyi qayğıdan söz açılıb, gənclərə sağlam həyat tərzi və pis vərdişlərdən uzaq olmaları tövsiyə edilib.
***
Tərtər rayon Heydər Əliyev Mərkəzi və R.Almuradov adına Ələsgərli kənd tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev” adlı şeir müsabiqəsi keçirilib. Şagirdlərdən Aysu Xəlilova I, Zəhra Musayeva II, Səadət Məmmədli isə III yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
***
Ağdam rayon
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə
Ümummilli liderin həyat
yolu və siyasi fəaliyyətini
əks etdirən film nümayiş
etdirilib.
Mədəniyyət.- 2023.- 10 mart.-
S.4.