Sumqayıt teatrı iki yubileyi bir
arada qeyd edir
Sumqayıt Dövlət Dram Teatrı
Azərbaycan peşəkar
milli teatrının yaranmasının 150 illik yubileyini və özünün 55 illiyini
silsilə tədbirlərlə
qeyd edir.
Yaradıcı heyət 10 mart – Milli Teatr Günündə Üzeyir Hacıbəylinin
“O olmasın, bu olsun” musiqili komediyası ilə tamaşaçılara bayram
ovqatı, bol təbəssüm bəxş
edəcək. Tamaşaya Əməkdar artist Namis Şirməmmədov quruluş verib.
Sumqayıt teatrı əlamətdar yubileylərlə bağlı
incəsənətimizin yeniyetmə
və gənclər arasında təbliğinə
də diqqət ayırır.
Martın 4-də bir qrup yeniyetmə
üçün teatra
ekskursiya təşkil
edilib. Teatrla tanışlıq zamanı onlara direktor müavini Əməkdar artist Vidadi Məmmədov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, baş
inzibatçı Nizami
Mirzəyev bələdçilik
ediblər. Ziyarətçilər
qrim otaqlarına, butafor, əlbəsə, dərzi sexlərinə baş çəkib, rəssam emalatxanasında eskizlərin hazırlanma prosesi ilə tanış olublar.
Martın 11-də Astrid
Lindqrenin “Balaca və Karlsonun macəraları” tamaşasının
nümayişi ilə
bərabər daha bir qrup uşaq
və gənc üçün ekskursiya təşkil olunacaq.
Mədəniyyət.- 2023.- 10 mart.-
S.4.