“Azərbaycan sənədli kino
salnaməsi”
İlk tədbir rejissor
Niyazi Bədəlovun
yaradıcılığına həsr edilib
Xəbər verdiyimiz kimi, Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda sənədli kino salnaməsindən nümunələrin retrospektiv nümayişi olacaq.
“Azərbaycan sənədli kino salnaməsi” silsiləsindən ilk tədbir martın 3-də, görkəmli sənədli kino ustası Niyazi Bədəlovun (1909-1997) yaradıcılığına həsr edilib.
Tədbiri Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Niyazi Bədəlovun Azərbaycan kinosundakı əvəzsiz xidmətlərindən danışıb.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli rejissor haqqında xatirələrini bölüşüb.
Çıxışlardan sonra rejissor Niyazi Bədəlovun “150 il. Mirzə Fətəli
Axundov”, “Dağlarda ada” və “Estafet”
filmləri nümayiş
olunub.
Sonda Niyazi Bədəlovun ailə üzvləri adından qızı Sədaqət Bədəlova çıxış
edərək Dövlət
Film Fondunun rəhbərliyinə
və kollektivinə təşəkkür edib.
Mədəniyyət.- 2023.- 10 mart.-
S.7.