Mədəniyyətimizin böyük hamisi  

 (əvvəli ötən sayımızda)

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

1979-cu il 6 yanvar

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edib. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarda vurğulanırdı ki, Nizami irsinin tədqiq və təbliği ilə bağlı ötən illərdə başlanan işlər (o cümlədən Moskva nəşriyyatlarında şairin əsərlərinin və haqqında kitabların nəşri) son dövrlər xeyli zəifləyib.

“...Respublikanın nəşriyyatları, elmi tədqiqat idarələri, yaradıcılıq ittifaqları Nizaminin ədəbi irsinə diqqəti bir qədər zəiflətmişlər ki, bunun da nəticəsində son illərdə onun əsərlərinin nəşri, əslində, dayandırılmışdır... Nizami yaradıcılığı sahəsində elmi tədqiqat işlərinin əlaqələndirilməsində və planlaşdırılmasında müəyyən bir sistem yoxdur. Nizaminin ədəbi irsi problemləri sahəsində işləmək üçün kadrlar hazırlanmasına lazımınca fikir verilmir. Mütəxəssislər Nizami yaradıcılığı, dünya ədəbiyyatında onun rolu ilə əlaqədar məsələlər barəsində mərkəzi və respublika qəzet və jurnallarının səhifələrində az-az çıxış edirlər ki, bu da bir sıra xarici nəşrlərdə və sovet nəşrlərində yanlış fikirlərin meydana gəlməsinə səbəb olur. Yazıçılar və alimlər şairin həyat və yaradıcılığı haqqında az elmi-kütləvi əsər yazırlar. Azərbaycan bəstəkarları və rəssamları Nizami yaradıcılığına nadir hallarda müraciət edirlər...

...Dövlətnəşrkîma, Elmlər Akademiyasına, Yazıçılar İttifaqına, Rəssamlar İttifaqına, Bəstəkarlar İttifaqına, respublikanın Mədəniyyət Nazirliyinə, Dövlət Kinematoqrafiya Komitəsinə, Azteleradiîya, qəzet və jurnalların redaksiyalarına bir vəzifə olaraq tapşırılmışdır ki, Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşri və təbliği işinin kökündən yaxşılaşdırılmasını təmin etsinlər.

Təsdiq edilmiş tədbirlər planında “Xəmsə”yə daxil olan bütün poemaları Azərbaycan və rus dillərində təshih edilmiş şəkildə yenidən nəşr etmək nəzərdə tutulur. Nizaminin bircildliyinin (Azərbaycan və rus dillərində), lirikasının (Azərbaycan, rus, ingilis, alman və fransız dillərində), hikmətli sözlərinin (Azərbaycan və rus dillərində) suvenir nəşrlərini buraxmaq nəzərdə tutulmuşdur...”.

Qərarda həmçinin Nizami əsərlərinin Azərbaycan və rus dillərində uşaqlar və gənclər üçün uyğunlaşdırılmış variantlarının buraxılması, şairin həyat və yaradıcılığından bəhs edən ikiseriyalı bədii filmin çəkilməsi, Nizami mövzularında ədəbi-bədii, musiqili, təsviri əsərlər və səhnə əsərləri yaradılması, Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Nizaminin həyat və yaradıcılığını öyrənmək üçün xüsusi şöbənin yaradılması, iki ildə bir dəfə Moskvadan, Leninqraddan, müttəfiq respublikalardanxarici ölkələrdən mütəxəssislərin iştirakı ilə Nizami konfranslarının keçirilməsi kimi məsələlər əksini tapmışdı.

1979-cu il 10 aprel

Heydər Əliyev Mirvarid Dilbaziyə Azərbaycanın “Xalq şairi” fəxri diplomunu təqdim edib.

1979-cu il 25 aprel

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev “Fəal həyat mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” mövzusunda Ümumittifaq elmi-praktiki konfransda məruzə edib.

1979-cu il may

Kommunist” jurnalının 8-ci nömrəsində Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin “Mənəvi tərbiyənin aktual məsələləri” başlıqlı məqaləsi dərc olunub.

1979-cu il 7 may

Heydər Əliyev Rusiyanın Taqanroq şəhərində 1941-1945-ci illər müharibəsində iştirak etmiş azərbaycanlılardan ibarət 416-cı motoatıcı diviziyanın şərəfinə ucaldılmış abidənin açılış mərasimində çıxış edib.

***

Mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin qabaqcıl fəaliyyəti və yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilirdi.

1979-cu il 24 fevral

Ukrayna SSR-də Azərbaycan SSR ədəbiyyatı və incəsənəti günlərinin hazırlanmasında və keçirilməsində fəal iştirak etdiklərinə görə respublikanın bir qrup ədəbiyyat və incəsənət xadimi, mədəniyyət işçisi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.

1979-cu il 2 aprel

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə respublikada özfəaliyyət rəqs sənətinin inkişafında õidmətlərinə görə Azərbaycan Konsert-Qastrol Birliyinin baletmeysteri Xumar ZülfüqarovayaXalq artisti” fəxri adı verilib.

***

Teatr sənətinin inkişafında õidmətlərinə görə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının üç əməkdaşı fəxri adlara (teatrın direktorubaş rejissoru Məbud İsmayılzadə – Əməkdar incəsənət xadimi; artistlər Böyükxanım Əliyeva və Qabil Quliyev – Əməkdar artist) layiq görülüb, daha bir neçə nəfər isə Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

1979-cu il 19 aprel

Teatrkino sənətinin inkişafında õidmətlərinə görə respublikanın Xalq artisti, professor Rza Təhmasib Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 10 mart.- S.5.