Parisdə azərbaycanlı qadın rəssamların sərgisi

 

Fransa paytaxtında Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı rəssamların əsərlərinin sərgisi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sərgi Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının, İnkişaf edən Millətlər Assosiasiyasının dəstəyi və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə Parisin 5-ci rayon meriyasının tərkibində fəaliyyət göstərən Latın məhəlləsinin “İcma həyatı və Vətəndaş evi”ndə gerçəkləşib.

Martın 18-dək davam edəcək sərgidə rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid, Yeganə Hüseynova, Milana Kamıyeva, Nərminə Vəliyeva, Səidə Faqala-Haqverdi, Aysel Mirqasımova, Leyla Əliyeva, Elnarə Səfərova, Rəna Əmrahova, Yeganə Əsədovanın rəsm əsərləri, eləcə də fotoqraf Maya Bağırovanın çəkdiyi şəkillər yer alıb.

 

Mədəniyyət.- 2023.- 17 mart.- S.8.