Qədim yapon musiqisi ilə muğamın sintezi

 

Koto ifaçısı Bakıda konsert verib

 

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində yapon ənənəvi musiqi aləti olan koto ifaçısı Nobutaka Yoşizavanın konserti təşkil edilib. Konsert Yaponiyanın ölkəmizdəki səfirliyi tərəfindənYapon küləyiadlı silsilə tədbirlər çərçivəsində keçirilib.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ənənəvi yapon musiqi aləti koto ifaçı haqqında məlumat verərək belə tədbirlərin Azərbaycanda yapon mədəniyyətinə marağı daha da artıracağına ümidvar olduğunu bildirib. Diplomat bu il fevral ayından başlayaraq reallaşanYapon küləyiadlı silsilə tədbirlərin bu məqsədə xidmət etdiytini vurğulayıb. Diqqətə çatdırılıb ki, qədim zamanlarda yalnız saray musiqi aləti kimi istifadə olunan koto müasir Yaponiyada bir çox musiqi aləti ilə birgə ya solo şəkildə ifa olunaraq, öz zərif səs tonu ilə qəlbləri oxşayır. Koto musiqi alətinin gənc ifaçısı, məşhurKencunmükafatının sahibi Nobutaka Yoşizava indiyədək bir sıra ölkələrdə konsert proqramı ilə çıxış edərək son zamanlar yapon koto musiqisinin fəal təbliğatçısı kimi tanınır.

Sonra Nobutaka Yoşizava klassik koto musiqilərini ifa edib. Onun Azərbaycan muğam musiqisi ilə sintez ifaları xüsusilə alqışlar doğurub.

 

Mədəniyyət.- 2023.- 17 mart.- S.2.