Kinorejissor Zeynəb Kazımovanın
yaradıcılığına retrospektiv
baxış
Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycanın sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış davam edir.
Budəfəki tədbir Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Kazımovanın (1912-1984) yaradıcılığına həsr olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun yaradıcılığından, onun 1963-cü ildə çəkdiyi “Axırıncı namaz” filminin Naxçıvan Dövlət Film Fondunun bazasından aşkara çıxarılmasının tarixçəsindən danışıb.
Sonra kinorejissor Zeynəb Kazımovanın “Axırıncı namaz” qısametrajlı bədii (1963) və “Əzim Əzimzadə” (1967) sənədli filmləri nümayiş olunub.
Nümayişdən sonra rejissorun ailə üzvü, Xalq
yazıçısı Elmira Axundova, eləcə də Əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadə, Əməkdar artist,
kinorejissor Elxan
Qasımov, Xalq rəssamı Məmmədağa
Hüseynovun oğlu Qəni
Hüseynov Zeynəb Kazımova haqqında
xatirələrini bölüşüblər.
Mədəniyyət.- 2023.- 17 mart.-
S.5.