Arxeoloji irsin idarə
edilməsi ATMU-da
seminar keçirilib
MİRAS İctimai Birliyi tərəfindən martın 27-də PİCASP layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU-da) “Arxeoloji irsin idarə edilməsi” mövzusunda seminar təşkil edilib.
Sosial menecment fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan 30-dan çox tələbəsinin və müəllimlərin iştirakı ilə keçirilən seminarda layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli arxeoloji irsin aşkara çıxarılması və qorunmasının əsasları, bu sahədə görülən işlər, dövlət tənzimləmə mexanizmləri, milli və beynəlxalq təcrübə və s. barədə məruzə ilə çıxış edib.
Sonra mövzu üzrə tələbələrlə interaktiv formada müzakirə aparılıb. Layihənin MİRAS İctimai Birliyi üzrə koordinatoru Məleykə Hüseynova layihənin məqsədləri, görüləcək işlər və planlaşdırılan digər tədbirlərin mahiyyəti barədə məlumat verib.
Qeyd edək ki, MİRAS Mədəni
İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyi
2021-ci ildən Avropa Komissiyasının ERASMUS+
Proqramı çərçivəsində maliyyələşdirilən
PİCASP (“Xəzər bölgəsinin inkişafında
universitet-müəssisə əməkdaşlığını
həyata keçirmək üçün
istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır.
Layihənin əsas məqsədi açıq
ödənişsiz onlayn kursların tətbiqi
ilə nəzəriyyə və təcrübəni birləşdirən
pilot kurslar əsasında
yeni metodologiya və tədris
vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin
yüksəldilməsi, xüsusilə ali
təhsil sahəsində potensialın gücləndirilməsindən
ibarətdir. Bu məqsədlə il ərzində ictimai birlik tərəfindən bir
sıra ali təhsil müəssisələrinin
müəllim və tələbə heyətlərinin
iştirakı ilə seminarlar, təlimlər
və ekspedisiyaların təşkili
planlaşdırılır.
Mədəniyyət.- 2023.- 29 mart.-
S.4.