Parisdə “Əsli və Kərəm” və
“Aşıq Qərib” dastanlarının əlyazmaları
aşkarlanıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti-Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib. Bu barədə AMEA-dan məlumat verilib.
“Hekayəti-Kərəm” adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlərindən fərqli olaraq İsfahanda deyil, Şirazda cərəyan edir.
İkinci əlyazma
“Aşıq Qərib” dastanının ən qədim nüsxəsidir.
1838-1839-cu illərdə nəstəliq xətti ilə köçürülüb. 65 səhifəlik
əlyazmanın nəzm hissəsi əsasən qoşmalardan ibarətdir.
Mədəniyyət.- 2023.- 29 mart.-
S.6.