Bakıda Avropa Günləri
təşəbbüsü çərçivəsində sərgi
Azərbaycan ilk dəfə Avropada mədəniyyət sahəsində ən böyük təşəbbüsə – Avropa Bədii Sənətlər Günlərinə (EACD) qoşulub. Tədbir bu il martın 28-dən aprelin 3-dək 20 ölkəni əhatə edəcək.
Bu təşəbbüs çərçivəsində Bakıdakı “NUR Art House” qalereyasında Avropa İttifaqı, “World Crafts Council Europe” və “The Creative Europe Programme” təşkilatlarının dəstəyi ilə “Arts Council Azerbaijan”ın iştirakı ilə ərsəyə gələn xalça sərgisi açılıb.
Sərginin açılış
mərasimində “Arts Council
Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov
qeyd edib ki, Avropa Bədii Sənətlər
Günləri (Journées Européennes des Métiers d’Art, JEMA/EACD)
2002-ci ildə Fransada biennale
formatında təsis edilib, 2011-ci ildən
başlayaraq hər il
keçirilir. Təşəbbüs
bədii sənətlər sahəsinin inkişafı və Avropada onlar haqqında məlumatların
daha çox
yayılmasına yönəlib. EACD-nin builki mövzusu “Birlik”, devizi isə “Vahid əllərimiz”dir. “Arts Council Azerbaijan” ötən
il “World Crafts Council Europe”nın üzvü olub. Bu, bizə
təşəbbüsə qoşulmaq və sərgini təşkil etmək imkanı verib.
Daha sonra Avropa İttifaqının
Azərbaycandakı səfiri
Peter Mixalko və “NUR
Art House” qalereyasının direktoru Əməkdar mədəniyyət işçisi,
sənətşünaslıq doktoru Röya Tağıyeva çıxış
ediblər.
Sərgi aprelin 2-dək davam edəcək. Tədbir çərçivəsində
xalçaçılıq sənəti üzrə ustad dərsləri də təşkil olunacaq.
Mədəniyyət.- 2023.- 29 mart.-
S.2.