Opera və
Balet Teatrında premyera
Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti premyera təqdim olunub. Sənət ocağında
fransız bəstəkar
Adolf Adanın “Korsar” baleti səhnəyə qoyulub.
Dünya balet sənətinin ən populyar əsərlərindən olar
“Korsar” baleti gənc yunan qızı Medora ilə korsar (dəniz qulduru) Konrad arasındakı məhəbbətdən
bəhs edir. A.Adanın ingilis
şairi C.Bayronun eyniadlı poemasının
(1814) motivləri əsasında
yaratdığı baletin
ilk nümayişi 1856-cı ildə Paris Operasında keçirilib.
Akademik Opera və
Balet Teatrında tamaşaya qoyulan baletdə əsas partiyaları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa ediblər. Quruluşçu baletmeysteri və libretto müəllifi Əməkdar
artist Samir Səmədov
olan tamaşanı dirijor Orxan Həşimov
idarə edib. Səhnə
əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmitri Çerbadjidir.
Mədəniyyət.- 2023.- 29 mart.-
S.3.