1918-ci ilin mart soyqırımından 105 il ötür

 

Qeyri-islam dini icmalarının nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

 

1918-ci ildə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür. 1918-ci il martın sonlarında Bakıda həyata keçirilən qırğınlar sonrakı günlərdə digər yerlərdə, o cümlədən Qubada davam edib. Quba Soyqırımı Memorial Kompleksi həmin qırğınların tarixini ümumilikdə xalqımızın qan yaddaşını yaşadan məkandır. 31 martAzərbaycanlıların Soyqırımı Günü ərəfəsində bu məkana çoxsaylı ziyarətçilər gəlir.

Martın 28-də Azərbaycandakı qeyri-islam dini icmalarının nümayəndələri onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar Qubaya səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.

Qonaqlar əvvəlcə Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi Giləkisinaqoqu ilə tanış olublar.

Bildirilib ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadıqları nadir məkandır. Qafqazın Yerusəlimiadlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Dağ yəhudilərinin Qubada məskunlaşmaları XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh əmin-amanlıq şəraitində yaşayırlar.

Qonaqlar zəngin memarlıq üslubuna malik Quba Cümə məscidi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, 1802-ci ildə tikilən məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub, dini konfessiyaların nümayəndələri dualar oxuyublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə müsahibəsində bildirib ki, dünyada sülhü təhdid edən proseslərin dərinləşdiyi bir zamanda Azərbaycan sülhü təbliğ edən bir platforma, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstəriblər. Qeyri-islam dini icmalarının nümayəndələri onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqların Qubaya səfəri zamanı yəhudi, xristian islam icmasının nümayəndələri tərəfindən birgə yaşayışın, birlikdə çalışmağın vaxtı olduğu bir daha elan edilib. İcma nümayəndələri Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə müraciət edərək özlərini nümunə göstəriblər. Necə ki, onlar ölkəmizdə xoşbəxt yaşayıb-yaradırlar, erməniləri Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət ediblər. Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir.

Səfərdə iştirak edən qeyri-islam dini icmaları nümayəndələrinin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Vurğulanıb ki, ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılıb. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. 80 il sonra – 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığıAzərbaycanlıların soyqırımı haqqındafərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib 31 mart “Azərbaycanlıların Soyqırımı Günüelan edilib.

Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Səfərdə Azərbaycandakı Dağ Yəhudiləri, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Bakı şəhəri Yeni Apostol”, Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Həyat Sözü”, “Həyatverici Lütf”, “Alov”, “Vineyard”, “Krişna Şüuru”, “Molokan Ruhani-Xristian” və “Bəhai” dini icmaları təmsil olunub.

 

Mədəniyyət.- 2023.- 29 mart.- S.1;2.