Yazıçı-publisist Nemət Veysəlli
dünyasını dəyişib
Tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nemət Veysəlli martın 25-də, 82 yaşında vəfat edib.
Nemət Bayramalı oğlu
Veysəlli 1941-ci il martın 21-də Füzuli rayonunun Yuxarı
Veysəlli kəndində anadan olub. 1971-ci
ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Jurnalistika fakültəsini bitirib.
Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsində, Azərbaycan
Yazıçılar Birliyində,
“Azərbaycan”, “Ulduz” jurnalları, “Qobustan” incəsənət toplusu redaksiyalarında çalışıb.
“Azərbaycan Ordusu” qəzetinin cəbhə bölgələrində
xüsusi müxbiri
(1993-1996) kimi fəaliyyət
göstərib. 2001–2006-cı
illərdə “Mədəniyyət”
qəzetinin, 2007–2008-ci illərdə
“Qarabağın səsi”
qəzetinin baş redaktoru olub.
“Sehrkar səslər, əfsanəvi rənglər”,
“Sular qovuşan yerdə”, “Sənsiz keçən illər”, “Piyadaların döyüşü”,
“Mənim müharibəm”,
“Geriyə yol varmı” və s. bədii-publisistik kitabların
müəllifidir.
Dövri mətbuatda mütəmadi
olaraq yazılarla çıxış edib. Müsahibələrinin
birində (“Ədalət”
qəzeti, 27.10.2021) Vətən
müharibəsindəki Zəfərdən
sonra doğma yurda qayıtmaq arzusundan bəhs edərkən demişdi: “Artıq 80-i haqlamışam…
Sadəcə, bircə
istəyim var. Kəndimdəki
həmin yerdə atamın, anamın ruhu dolaşan o ünvanda öz bünövrəmin üstündə
gücüm çatan
bir ev
tikim. Daşı da özümdən,
qumu da özümdən,
hətta fəhləliyi
də özüm edərəm. Bakıda
müəyyən şəraitim
var, amma yaşımın bu çağında ora qayıtmaq, o evin tağbəndində oturub
xəyala dalmaq, o evin pəncərəsindən
ətrafa baxmaq ən şirin arzularımdandır... Kəsilən ağaclarımızın yerinə
ağac da əkə bilərəm.
Təki Yuxarı Veysəllidə, öz daşımın üstündə
oturum...”.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2023.- 29 mart.-
S.6.