Kamera və orqan
musiqisi zalında konsertlər
“Qara Qarayev və tələbələri”
Martın
29-da Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
Kamera və orqan musiqisi zalında “Qara Qarayev və tələbələri” adlı
orqan musiqisi axşamı keçirilib.
Konsert dahi bəstəkar, pedaqoq,
SSRİ Xalq artisti, Dövlət mükafatları
laureatı, Sosialist Əməyi Qəhrəmanı
Qara Qarayevin (1918-1982) anadan olmasının 105-ci
ildönümü münasibətilə
gerçəkləşib.
Gecədə Əməkdar artist Töhfə Babayeva (violin), solistlər Rasimə Babayeva, Nigar Məmmədova, Səbinə Aslanova və Şəfəq Abdullayeva (hamısı orqan) çıxış ediblər.
Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnarə Dadaşova və Cəlal Abbasovun əsərləri səsləndirilib.
“Fleyta və piano gecəsi”
Kamera və orqan musiqisi zalında “Fleyta və piano gecəsi” adlı konsert də təşkil edilib.
Musiqili gecədə solistlər Nərgiz Kəngərli (piano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (zərb alətləri) və Həsən Əsədov (kontrabas) öz rəngarəng ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Ferens Listin “İspan rapsodiyası cis-moll”, Frans Dopplerin “Macar pastoral fantaziyası D-dur, op.26”, Klod Bollinqin “Fleyta və caz piano triosu üçün süita” əsərləri səsləndirilib.
Mədəniyyət.- 2023.- 31 mart.-
S.3.