Muğam variasiyalarını ilk dəfə pianoda ifa etmişdi

 

Xədicə Qayıbovanın xatirəsi anılacaq

 

 

Bu il Azərbaycanın ilk qadın pianoçularından biri, muğam variasiyalarını ilk dəfə fortepianoda ifa etmiş Xədicə Qayıbovanın (1893-1938) anadan olmasının 130 illiyidir. Yubiley münasibətilə mayın 1-də Beynəlxalq Muğam Mərkəzində musiqiçiyə həsr edilmiş xatirə gecəsi təşkil olunacaq.

Xatirə gecəsində tarzən Əməkdar artist Sahib Paşazadənin müşayiəti ilə solistlərin ifasında yerlixarici bəstəkarların musiqiləri səsləndiriləcək.

Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Şəhərdəki “Müqəddəs Nina” qızlar məktəbində oxuyub, burada mükəmməl musiqi dərsləri də alıb.

O həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində də səylərini əsirgəməyən Xədicə Qayıbova repressiya qurbanı olub.

 

Mədəniyyət.- 2023.- 31 mart.- S.5.