Cəmiyyət, mədəniyyət və hüquq məkanında müəllif

 

Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq konfransa qatılıb

 

Moskvada Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat UniversitetininUNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Müəllif” (“Àâòîð/Author”) III beynəlxalq elmi-praktik konfransı keçirilib.

Konfransın APT-nin prezidenti Qriqoriy İvliyevin moderatorluğu ilə keçən plenar iclasında onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə heyətinin sədri professor Kamran İmanov “Cəmiyyət, mədəniyyət və hüquq məkanında müəllif” mövzusunda məruzə ilə çıxış edib. Onun məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib, qaldırılan məsələlərin müəlliflik hüququ sahəsinin tədqiqi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Q.İvliyev fənlərarası yanaşmanın imkanlarından mükəmməl şəkildə istifadə etməklə təqdim olunan bu məruzənin zəngin olduğunu qeyd edibK.İmanova təşəkkürünü bildirib. O, məruzənin UNESCO kafedrasının əqli mülkiyyətə dair elmi jurnalında dərc ediləcəyini qeyd edərək, belə materialların yalnız konfransda dinləməyə deyil, onların üzərində bir çox tədqiqatçıların sistemli işləməsinə imkan yaradılacağını diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.6.