ATMU-nun nümayəndələri IMC Krems Universitetində təlimdə iştirak ediblər

 

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə proqram əlaqələndiricisi Aytac Babayeva, mütəxəssis İranə Axundova və Keyfiyyət təminatı şöbəsinin bölmə rəhbəri Sara Bağırlı Avstriyanın IMC Krems Universitetində Erasmus+ layihəsi çərçivəsində keçirilən “International Staff Week” həftəsinin iştirakçısı olublar.

ATMU-dan bildirilib ki, təlim həftəsində Azərbaycandan başqa, Avropa ölkələri və tərəfdaş universitetlərin nümayəndələrinin də iştirakı ilə bilik və təcrübə mübadiləsi təşkil edilib. Ali təhsil sisteminin keyfiyyətli idarə olunması mövzusu diqqətdə saxlanılıb. IMC Krems Universitetinin akademik direktoru, pedaqoji heyət və departament rəhbərləri tərəfindən “Ali təhsildə didaktika”, “Bakalavrmagistr işlərinə rəhbərlik və qiymətləndirmə”, “Tədqiqat işinin aparılması”, “AACSB-Akkreditasiya”, “Mübadilə proqramı çərçivəsində qəbul prosedurukimi mövzulardan bəhs olunub.

Təlimin sonunda universitetin icraçı direktoru professor Karl Ennsfellner tərəfindən “International Staff Week” iştirakçılarına sertifikat təqdim edilib.

Təlim iştirakçıları üçün mədəni turizm istiqamətli ekskursiyalar da təşkil olunub.

Qeyd edək ki, ATMU Avstriyanın IMC Krems Universiteti ilə 16 ildir AATPüzrə ikili diplom layihəsi çərçivəsində əməkdaşlıq edir.

 

 

Mədəniyyət.- 2023.- 3 may.- S.7.