Verdinin “Nabukko”su Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev Buxarestin Milli Opera Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Nabukko” operasının tamaşasını idarə edib.
Simfonik orkestrlə yanaşı xor və balet heyətinin də yer aldığı tamaşada əsas rollar Buxarest teatrının solistləri Madelen Pasku (Abiqayl), Luçian Petrean (Nabukko), Marius Boloş (Zaxariya), Oana Andra (Fenena), Andrey Petre (İzmail) və digər tanınmış müğənnilər tərəfindən ifa olunub.
Tamaşadan sonra Buxarest Milli Opera Teatrının direktoru, tanınmış dirijor Daniel Jinqa Əyyub Quliyevlə görüşüb.
Qeyd edək ki,
bu ilin fevral
ayında Buxarestin Milli
Opera Teatrının rəhbərliyinin
Bakıya səfəri zamanı iki opera teatrı arasında
qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanıb.
Mədəniyyət.- 2023.- 3 may.-
S.3.