Müsabiqə qaliblərinin ürək
sözləri
Milli Muğam Müsabiqəsində iştirak etdim və münsiflər heyəti tərəfindən birinci yerə layiq görüldüm. Ustadım tanınmış muğam ifaçısı, Əməkdar artist Təyyar Bayramovdur. Münsiflər heyətinin bütün üzvlərinə təşəkkür edirəm. Müsabiqədə çox böyük rəqabət var idi. İlk olaraq müsabiqədə “Mahur-hindi” muğamını ifa etdim, sonra isə “Arazbarı” zərb muğamını oxudum. Görünür, ifam münsiflər heyətinin xoşuna gəldi ki, mən birincilik qazandım.
2017-ci ildə Muğam
Televiziya Müsabiqəsinin
diplomantı olmuşam. Milli Muğam
Müsabiqəsinin bərpa
olunmasını gənc
ifaçıların tanınması
baxımından yüksək
qiymətləndirirəm.
Ölkəmizi “Muğam aləmi”
6-cı Beynəlxalq Muğam
Festivalında uğurla
təmsil etməyə çalışacağam.
***
Milli Muğam Müsabiqəsinin
instrumental ifaçılıq üzrə qalibi Vaqif Təhməzov:
– Azərbaycan Milli
Konservatoriyasında magistr
pilləsi üzrə
birinci kursda oxuyuram. İxtisas müəllimim Ramiz
Əzizov, muğam müəllimim isə Xalq artisti Elçin
Həşimovdur. Müsabiqəyə qatılmağımda Elçin
müəllimin böyük
zəhməti olub.
Onun çəkdiyi əmək
hədər getmədi,
mən var qüvvəmlə müəllimimin
ümidini doğrultmağa
çalışdım və
buna da nail oldum. Biz birlikdə
bu müsabiqəyə
böyük zaman ayırdıq, xüsusi hazırlaşdıq. Müsabiqə çox böyük rəqabətlə keçdi.
Müsabiqədə “Tar sədası” adlı kompozisiya, “Xaric segah” muğamı və “Rəqs” kompozisiyasını ifa etdim. İlk dəfədir ki,
belə mötəbər
müsabiqədə iştirak
edirəm. Ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında da layiqincə təmsil etmək istəyirəm.
Gələcəkdə Azərbaycan tarında
dünyanın böyük
salonlarında ifa etmək niyyətindəyəm.
Bu məqsədimə çatmaq üçün
bundan sonra da böyük səylə çalışacağam.
Mədəniyyət.- 2023.- 3 may.-
S.5.