Sənətə səpələnmiş inci dənələri

 

Qəribə tale yaşayır aktyorlar. Hər obraza bir ömür, bir tale bəxş edirlər. Sonra onları inci kimi sapa düzüb zərif boyunbağıya çevirirlər. Daha sonra da səssiz-səmirsiz bu həyatdan gedirlər...

Təbiidir, dünyaya hər gələn bir gün ömrünü başa vurmalıdır. Amma onlar bu dünyanı tərk edəndə arxalarında göz yaşlarına boğulan doğmaları, işıqlı xatirələri ilə yanaşı, bir sənət ömrü verdiyi obrazları qoyub gedirlər. Valideynini itirmiş uşaq kimi sahibsiz qalan o rollar da sapı qırılmış düzümlərindən ayrılıb ətrafa səpələnir...

Azərbaycan səhnəsinin zərif, həlim, sevgi dolu aktrisası, həm həyatda, həm sənətdə əsl ana obrazında qalmağı bacaran Əməkdar artist Mirvari Novruzovanı xatırlayacağıq. Adı kimi özü zərif, inci qadını...

Anadan olmasının 100 illiyində şirin xatirələr, doğma adlar 71-ci dayanacağında bitən yolun izləri işığında bir insan ömrünə nəzər salacağıq.

Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakıda anadan olub. Atasını 10 yaşında itirən gələcəyin aktrisası fiziki mənəvi əzablarla baş-başa qalır, zərif çiyinlərinə ailəsinin yükünü almaq məcburiyyəti yaşayır. Anasına kömək edərək istər ev, istərsə çöl işlərində əlindən gələni edir. Bir qayğısız uşaq üçün bu, sözsüz ki, ağır idi yəqin elə buna görə aktrisanın gözlərinin ən dərinliyindəki məsum uşaq hey kədərli idi.

Uşaqlıqdan teatra, səhnə sənətinə maraq göstərir. Orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olur. Tələbə ikən Azərbaycan Dövlət Dram Teatrında müxtəlif tamaşalarda epizodik rollar oynayaraq diqqəti cəlb edə bilir. Beləcə, böyük səhnə səxavətlə ona qucaq açır.

Məhrumiyyətlərlə dolu müharibə dövründə – 1942-ci ildə təhsilini bitirən Mirvari Novruzova Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir. Üzləşdiyi çətinliklərə rəğmən teatrdan qopmur. Əksinə, sənətinə daha dərindən bağlanaraq yaratdığı obrazların xarakter ifadə imkanlarını daha da genişləndirir. Sənət uğurları qiymətləndirilir, 1949-cu ildə respublikanınƏməkdar artist”i fəxri adına layiq görülür.

Səhnədə debütünüEşq intiqamtamaşasında Qəmər obrazı ilə edən aktrisa ardınca teatr televiziya tamaşalarında, eləcə bədii filmlərdə müxtəlif xarakterli rolları  Qaçaq Nəbi”də Həcəri, “Vaqif”də Xuramanı, “Solğun çiçəklər”də Gülnisəni, “Xırs quldurbasan”da Zalxanı, “Nişanlı qız”da Qəməri, “Sevil”də Taftanı, “Xoşbəxtlər”də Həliməni, “Əliqulu evlənir”də Gövhəri, “Toy”da Ceyran xalanı, “Hacı Qara”da Tükəzi,  Pəri-cadu”da Hafizəni, “Dumanlı Təbriz”də Zeynəbi, “Qadın faciəsi”ndə Qadını, “Göz həkimi”ndə Sənəm xalanı, “Kişilər”də Darçın xalanı, “Almaz”da Yaxşını, “Baladadaşın ilk məhəbbəti”ndə Sevincin anasını məharətlə canlandırıb.

Azərbaycanın görkəmli aktyoru, bədii qiraət ustası, Xalq artisti Əli Zeynalovun ömür-gün yoldaşı olan Mirvari Novruzova sənət yolunda da 40 il birgə addımladığı tərəf-müqabil ilə dövrün tamaşaçılarının sevimli cütlüyünə çevrilirlər.

Aktrisanın obrazlar qalereyasına nəzər salarkən görürsən ki, onun üçün rolun böyük, kiçik, epizodik olmasının heç bir əhəmiyyəti yoxdur. O, səhnədə olmağı, tamaşaçı ilə ünsiyyəti hər şeydən üstün tuturdu.

Mənfi qəhrəmanlara da səhnə ömrü verən, onların da öhdəsindən peşəkarcasına gələn aktrisa hər rolu fərqli üslubda təqdimata can atırdı. Klassik aktyor məktəbi ənənələrinə sadiq aktrisa bütün vücudusəsdən mimikaya bütün təsir vasitələrindən məharətlə istifadə edirdi. Məhz bu səbəbdən onun səhnə obrazları həmişə yadda qalırdı. Özünəməxsus səsi, danışıq tərzi, ünsiyyət texnikası olan aktrisa ömrü boyu bir səhnəyəindiki Akademik Milli Dram Teatrına sadiq qalıb. Öz sənətkar qadın səadətini məhz buradan tapdığına görə bu teatr onun doğma ocağı, isti yuvası idi.

Televiziya tamaşaçıları, aktrisanı səhnədə canlı görmək imkanı olmayan yeni nəsil sənətsevərlər onu bir-birinə əks olan iki ekran işi – “Solğun çiçəklər”də əzazil Gülnisə Pəncərədə işıq”da qayğıkeş Ana kimi tanıyırıq. Əslində, o, bunlardan əvvəl sonra da bir neçə televiziya tamaşası bədii filmdə irili-xırdalı rollar oynayıb. Amma, məncə, ona böyük sevgini bu iki dolğun rolu qazandırıb, onun aktrisa kimi imkanlarını bütünlükdə göstərə bilib.

Onu da deyim ki, Mirvari xanım gözəl rollarıyla bərabər məlahətli sәsi ilә dә yaddaşlarda qalıb. Bir çox filmlərin dublyajında iştirak edib, ayrı-ayrı aktrisaların oynadığı neçə-neçə rolu səsləndirib. Tamaşaçı onunla oyununda, özü olmadıqda isə səsində sevgi ilə ünsiyyət qurub.

Səhnədə , həyatda da eyni səmimilikdə, təbiilikdə olan Mirvari xanımı hamı çox sevirdisənət dostları da, yoldaşları da, tamaşaçılar da.

İllər sonra onu bir tərəf-müqabili olduğu görkəmli sənətkarlarınXalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov Nurəddin Mehdixanlının xatirələrindən yad edək.

Rafiq Əzimov: “Səhnəmizə yeni ab-hava gətirən, yaratdığı obrazlarla bir məktəbə, nümunəyə çevrilən Mirvari Novruzova surətin daxili aləmini özününküləşdirməyi məharətlə bacarırdı. Xüsusilə ziddiyyətli təbiətə malik, qəzəbli, məkrli obrazlar onun təqdimatında çox inandırıcı alınırdı. O, can verdiyi səhnə tiplərini mükəmməl bitkin yaratmağa çalışırdı. Mirvari xanımda həm sənət məsuliyyəti çox yüksək idi, həm canında, qanında Allahın əsirgəmədiyi bir istedad yuva qurmuşdu. Məhz bu təbii gücün sayəsində istənilən mürəkkəb rolu məharətlə oynayırdı. Özünəməxsus jestləri ilə danışıq gülüşləri vardı. Onunla bir neçə tamaşada oynamışam. Həddən ziyadə təbii aktrisa idi. Teatrı çox sevirdi. O, mənə çox əziz idi”.

Hacı İsmayılov: “OnunlaSizi deyib gəlmişəm”də tərəf-müqabil olmuşam. Məişət mövzulu tamaşalarda rolları məharətlə ifa edirdi. “Əliqulu evlənir”də Gövhər onun ən gözəl rollarından idi. Aktrisa öz üslubunu, oyun tərzini məharətlə diktə edirdi. Komikya dramatik fərqi qoymadan rollarının öhdəsindən bacarıqla gəlirdi. Xarakterik aktrisa idionun üçün janrın önəmi yox idi. Çünki çoxplanlı aktrisa idi və hər rolunda dəyişməyi bacarırdı”.

Nurəddin Mehdixanlı: “O, Azərbaycan teatrının çox maraqlı aktrisalarından biri olub. Həm də bir insan kimi maraqlı və fərqli idi. Bildiyiniz kimi, Akademik Milli Dram Teatrının səhnəsində saysız rollar oynayıb. Amma o, mənim üçün “Pəncərədə işıq” televiziya tamaşasında qəhrəmanım Toğrulun anası kimi o qədər təbii, doğma idi ki, izah edə bilmirəm. Roluna o qədər qapılmışdı ki, çəkilişlər zamanı verilən fasilələrdə də mənə ana qayğısı, sevgisi ilə yanaşırdı. Bir çox rollar oynasa da, tamaşaçı yaddaşında məhz gözəl ana kimi qaldı. Çünki o, həyatda da mükəmməl ana, mehriban nənə idi. Mirvari xanım mənim üçün daim çox əziz və doğma olub. Onu daim belə ehtiramla yad edirəm. Çünki o, milli teatr mədəniyyətimizin parlaq, unudulmaz və maraqlı səhifəsidir və mən sənətdəki anam Mirvari xanımı heç vaxt unutmayacağam”.

Beləcə, 70 illik ömrün 50 ildən çoxu səhnədə, sənətdə keçir. Aktrisanın yeni rollar oynamaq istəyi bitib-tükənməsə də, sevimli teatrı ilə vidalaşmalı olur. Təqaüdə göndərilir.

Həyat yoldaşını itirən, teatrdan uzaqlaşan aktrisa tamam-kamal ruhdan düşür. Elə bu zaman vaxtilə tərəf-müqabil olduğu Xalq artisti Amaliya Pənahova onu yaratmış olduğu Bakı Bələdiyyə Teatrına dəvət edir. Yenidən səhnəyə qayıtmağın sevincini yaşayan sənətkar 1994-cü ilin 20 martında əbədiyyətə qovuşur. Sevgi və mərhəmət dolu ürəyi onu elə işə gedərkən yarı yolda qoyur...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 3 may.- S.6.