Türk dünyasının muzeyləri”

 

TÜRKSOY Budapeştdə panel təşkil edib

 

 

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının muzeyləri” adlı panel keçirilib.

Məşhur macar etnoqrafı, türk xalqları və şamanizm haqqında tədqiqatlar aparmış Dioszegi Vilmosun 100 illiyinə həsr olunmuş panelə Türk dünyasının qabaqcıl muzeylərinin rəhbərləri və aparıcı mütəxəssisləri dəvət olunub.

TÜRKSOY Muzeylər Birliyi, Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyi və Macarıstan Etnoqrafiya Muzeyi ilə işbirliyi çərçivəsində reallaşan toplantıda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova da iştirak edib. O, TÜRKSOY Muzeylər Birliyinin dönəm rəhbəri kimi tədbirdə açılış nitqi ilə çıxış edib. Türk dövlətlərinin muzeyləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində artıq ənənə halını almış bu toplantıların önəmi vurğulanıb. Macarıstanla Türk dünyası arasında tarixən mövcud olanmüasir dövrdə getdikcə güclənən qarşılıqlı mədəni əlaqələrdən söz açılıb.

Sonra panel sessiyalarla işini davam etdirib. Birinci sessiyada Şirin MəlikovanınMuzey ziyarətçi: əməkdaşlıq üfüqləriadlı məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Milli Xalça Muzeyinin ziyarətçilərlə müasir tələblərə uyğun qurulmuş prinsiplərindən, tamaşaçılarda qədim milli irsə maraq yaradılması istiqamətində həyata keçirilən çoxsaylı mədəni, təhsil layihələrindən bu aspektdə digər mühüm məsələlərdən bəhs olunub. Məruzə maraqla qarşılanıb müzakirələr zamanı Şirin Məlikova ona ünvanlanan sualları cavablandırıb.

Panelə qatılan Türkiyə, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan nümayəndələri muzey işi etnoqrafik tədqiqatları əhatə edən məruzələrlə çıxış ediblər.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.3.