Milli Muğam Müsabiqəsi başa çatıb

 

Qaliblər ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər

 

Xəbər verdiyimiz kimi, 24-26 aprel tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının (AMK) dəstəyi ilə Milli Muğam Müsabiqəsi keçirilib.

AMK-da keçirilən müsabiqə xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə iki turdan ibarət olub. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi, üzvləri Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev və Çinarə Heydərova olub. Xanəndəlik üzrə iştirakçıları AMK-nın rektoru Siyavuş Kərimi (sədr) və Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə və Əməkdar artist Qəzənfər Abbasovdan ibarət münsiflər qiymətləndiriblər.

Aprelin 30-da müsabiqənin qaliblərinin adı açıqlanıb, mükafatlandırma mərasimi və yekun konsert keçirilib.

Diqqətə çatdırılıb ki, musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. İlkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışıb. Müsabiqənin birinci turu aprelin 24-25-də, ikinci turu isə aprelin 26-da keçirilib.

Münsiflər heyətinin sədri Siyavuş Kərimi Milli Muğam Müsabiqəsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müsabiqə yeni istedadların üzə çıxmasına mühüm zəmin olub. Qədim tarixə malik Azərbaycan muğam sənəti böyük inkişaf yolu keçib. Bu sənət neçə-neçə müqtədir sənət xiridarının sayəsində günümüzə gəlib çıxıb. Bu gün müsabiqədə iştirak edən qalib gələn gənclər bu estafeti onlardan qəbul edərək yaşadacaq, gələcək nəsillərə ötürəcəklər.

Çox maraqlı bir yarışma idi. Lakin təəssüf hissi ilə bildirirəm ki, müsabiqəyə bir nəfər olsun nəfəsli alətlər üzrə ifaçı qatılmadı. Biz bunu çox gözləyirdik, ümidli idik ki, nəfəsli alətlərin ifaçıları da yarışmada iştirak edəcək, amma olmadı. Düşünürəm ki, növbəti müsabiqələrdə bu sahədəki boşluq doldurulacaq onlar da iştirak edəcəklər”, – deyə Siyavuş Kərimi bildirib.

AMK-nın rektoru qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İlk olaraq səhnəyə müsabiqənin diplomantları dəvət olunaraq mükafatlandırılıb. Sonra 1-3-cü yerlərin sahibləri elan olunub.

Münsiflərin yekdil rəyinə əsasən, xanəndəlik üzrə 1-ci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov 2-ci, Zümrüd Məmmədova Daşqın Kürçaylı isə 3-cü yerləri tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə 1-ci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev Soltan Nadirov layiq görülüblər.

Sonra qaliblər qala-konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, hər iki kateqoriyada 1, 2 3-cü yer üzrə mükafatlar müvafiq olaraq 7 000, 5 000 3 000 manatdır.

Müsabiqədə xanəndə instrumental ifa üzrə birinci yeri tutanlar ölkəmizi iyun ayında keçirilməsi nəzərdə tutulanMuğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.1;5.