Şəki teatrında “Ezopun ağrıları

 

 

Şəki Dövlət Dram Teatrında braziliyalı müəllif Gilyerme FiqeyredonunEzop” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Tamaşaya ictimai baxışın mayın ortalarında keçirilməsi nəzərdə tutulur.

Səhnə işinə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verir. Quruluşçu rəssam Sahib Əhmədov, geyim üzrə rəssam Elman Rəşidov, bəstəkar Aleksey Yepifanov, baletmeyster Çingiz Novruzəliyevdir.

Tamaşada əfsanəvi yunan şairi, təmsilləri ilə məşhur olan Ezopun qul həyatından və azadlıq eşqindən, mübarizəsindən bəhs olunur.

Rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa edirlər.

 

Mədəniyyət.- 2023.- 5 may.- S.4.