Həsən Seyidbəylinin nəsr
yaradıcılığı haqqında
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Həsən Seyidbəyli: həyatı və nəsr yaradıcılığı” kitabı çap edilib. Kitabın müəllifi institutun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Baba Babayevdir.
Monoqrafiyanın elmi məsləhətçisi və “Azərbaycan kinosunun əfsanəsi – publisist bədii nəsrin yaradıcısı” başlıqlı ön sözün müəllifi akademik İsa Həbibbəylidir. Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərli, rəyçisi filologiya elmləri doktoru, professor Təyyar Salamoğludur.
Monoqrafiyada görkəmli yazıçı, kinodramaturq, ssenarist, kinorejissor, publisist Həsən Seyidbəylinin çoxcəhətli yaradıcılığı müasirlik duyğusunun gücü ilə elmi səviyyədə araşdırılır.
Nəşr “Həsən Seyidbəylinin
həyatı və ədəbi-ictimai fəaliyyəti”,
“Yazıçının yaradıcılıq
axtarışları: hekayələrində sosial
həyatın bədii əksi”, “Həsən Seyidbəyli
yaradıcılığının nəsr təkamülü:
povest və romanlarında sosial
həyat və onların üslub fərdiyyətləri”
fəsillərindən ibarətdir.
Mədəniyyət.- 2023.- 5 may.-
S.6.