Elmi-texniki kitabların saxlanc yeri

 

Ölkəmizdə yaşı bir əsrdən çox olan, zəngin fəaliyyət yolu keçmiş kitabxanalar var. Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Respublika Elmi-Texniki Kitabxanası (RETK) onlardan biridir. Paytaxtın Mərdanov qardaşları küçəsi 124 ünvanında yerləşir. Kitabxananın tarixi, fondu fəaliyyəti ilə yerində tanış olduq.

RETK 1920-ci ildəNeftçilərklubunun kitabxanası kimi yaradılıb 1930-cu ilədək ancaq klubun üzvlərinə xidmət edib. Həmin dövrdə kitabxananın cəmi 450 nüsxə kitab fondu 300-dək oxucusu olub. 30-cu illərdə texniki ədəbiyyata tələbat artdığına görə bu sahə ilə bağlı kitabxanaların yaradılması zərurəti meydana çıxmışdı. 1930-cu ildəNeftçilərklubunun kitabxanası əsasında Azneft Mərkəzi Elmi Texniki Kitabxanası ya İstinad Kitabxanası yaradılıb. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm Texnika Komitəsinin tabeliyində Respublika Elmi-Texniki Kitabxanasına çevrilib. 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Elm Texnika Komitəsinin, 2001-ci ildən Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərib.

RETK 2018-ci ilin 30 iyul tarixindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyətini davam etdirir.

Ümumi fondda 14 milyona yaxın çap nüsxəsi saxlanılır

İnformasiya resursları üzrə direktor müavini Ləman Xələfova bildirdi ki, kitabxana ənənəvi formada oxuculara xidmət edir. Hazırda kitabxananın 14 milyona yaxın çap nüsxəsi olan ümumi fondu var. Kitabxana fondunu oxucu sorğusu günün tələblərinə uyğun sırf elmi-texniki ədəbiyyatlarla zənginləşdirilir. Fond müxtəlif dövlət müəssisələrindən, nəşriyyatlardan, şirkətlərdən, kitab mağazaları, müəllif oxucular tərəfindən verilən kitablar hesabına komplektləşdirilir. 14 şöbəsi, 5 bölməsi, 1 oxu zalı olan kitabxananın Gəncə şəhərində filialı da fəaliyyət göstərir.

Ən qədim kitabın 145 yaşı var

Kitabxanada marağımızı cəlb edən “Nadir nüsxələr fonduoldu. Burada 3621 nüsxə ədəbiyyat saxlanılır. Fonda daxil olan ədəbiyyat əsasən 1878-1940-cı illəri əhatə edir. Bunların əsas hissəsi neft sahəsi, eləcə memarlıq, inşaat, riyaziyyat, fizika, kimya, elm texnikanın digər sahələri üzrə ədəbiyyat ensiklopedik lüğətlərdən ibarətdir. Fondda qorunan ən qədim nəşr 1878-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində çapdan çıxanTürküstan diyarının geoloji materialları” (rus dilində) kitabıdır.

Qeyd edək ki, 1884-cü ildə Bakı neft sənayeçilərinin birinci qurultayında Bakı Neft Sənayeçiləri Qurultayı Şurası (BNSQŞ) seçilib. Şura Rusiya burjuaziyasının ilk sahibkar təşkilatlarından biri idi. 1898-ci ildə şura ilk nəşrini – “Neftyanoe delo” (“Neft işi”) jurnalını təsis edib. Jurnalın ilk sayı rus dilində 1899-cu ilin yanvarında işıq üzü görüb. RETK-nin “Nadir nüsxələr fond”unda bu jurnalın bütün nömrələri saxlanılır.

Neft işijurnalı neft sənayesinin nailiyyətləri problemlərini işıqlandıran dünyada ilk sahəvi nəşrlərdən idi. Azərbaycanın sovetləşməsindən sonra, 1920-ci ilin may ayındaAzərbaycan neft təsərrüfatıadlandırılıb. Jurnalda neft sənayesi haqqında qəbul edilən qanun qərarlar, neft işinin xronologiyası (quyuların qazılması, neftin hasilatı, emal edilməsi, neft məhsullarının ticarəti), statistika, neft sənayesi şirkətlərinin hesabatları digər məlumatlar dərc olunub.

Bundan əlavə, “Nadir nüsxələr fondun”da neft sənayeçiləri qurultaylarınınTrudıObzorkitab-topluları qorunur. Bu nəşrlərin hər birində Abşeron yarımadasının neftli torpaqlarının plan xəritələri (Balaxanı, Bibiheybət, Ramana, Qala), neft quyularının hasilatı, aylıq, illik göstəriciləri cədvəllərlə, diaqramlarla təqdim olunub. Maraqlısı odur ki, 140 ilə yaxın müddət keçməsinə baxmayaraq, plan, xəritə diaqramlarda istifadə edilən rənglər hələ solmayıb.

***

L.Xələfova bildirir ki, RETK- mütəmadi olaraq bayramlara, əlamətdar günlərə, elm texnikanın müxtəlif sahələrinə həsr olunmuş tədbirlər keçirilir. Heydər Əliyev İlimünasibətilə kitabxanada Ulu öndərin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Son zamanlar RETK tərəfindən müxtəlif kitab sərgiləri, o cümlədən səyyar sərgilər keçirilir. 2022-ci il 5-9 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində kitabxananın “Nadir nüsxələr fond”una daxil olan ədəbiyyatlar da nümayiş etdirilib.

Müsahibim deyir ki, belə tədbir sərgilərdə iştirak kitabxananın oxucu sayının artmasına öz təsirini göstərir: “Elm adamları, mütəxəssislər, tələbələr digər maraqlanan şəxslər kitabxananın xidmətlərindən yararlana bilərlər. Bu kitablar xalqımızın sərvəti, “qara qızıl”ımızın həqiqi tarixidir”.

Bu kitablarla tanış olduqca sanki keçən əsrə, oradan da XIX yüzilliyə səyahət edir, o dövrün elmi-texniki yeniliklərini vərəqləmiş olursan.

Kitablar PDF formatına köçürülür

Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin işi ilə maraqlanırıq. Müsahibim qeyd edir ki, şöbənin qarşısında duran əsas vəzifələrdən biri toplanan informasiyanın sürətlə axtarılmasında seçilməsində müasir texnologiyalardan istifadə etməkdir. 2016-cı ildən şöbədə “IRBIS-64” sistemi tətbiq edilir. Bu sistem fərdi verilənlər bazasını yaratmağa, informasiya massivində tammətnli axtarışın təşkilinə ən əsası mövcud materiallara lokal şəbəkə s. vasitəsilə girişin təmin olunmasına imkan yaradır. Mikrofilmləşdirmə rəqəmsallaşdırılması bölməsi fondda olan nadir nüsxə, neft sahəsi, yeni retro kitabların surəti çıxarılaraq PDF formatında kompüterə yerləşdirilməsini təmin edir. Bu da oxucuların gələcəkdə müvafiq ədəbiyyatlardan istifadəsini asanlaşdıracaq.

10-dək ölkənin kitabxanaları ilə əməkdaşlıq

Onu da öyrənirik ki, RETK M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, müvafiq sahələr üzrə ali məktəblərin kitabxanaları ilə əməkdaşlıq edir. Eyni zamanda bir sıra ölkələrin kitabxanaları ilə əməkdaşlıq əlaqələri qurulub. Bunlara nümunə kimi Qazaxıstan, Özbəkistan, Latviya, Litva, Belarus, Gürcüstan, Tacikistan, Rusiya, Türkiyə və s. ölkələrin kitabxanalarını göstərmək olar.

Sonda qeyd edək ki, həftənin beş günü (I-V günlər) oxuculara xidmət edən kitabxananın  internet səhifəsi (https://retk.copat.gov.az) və sosial media hesabları da fəaliyyət göstərir.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 5 may.- S.6.