Niyazinin Mənzil-Muzeyində
fortepiano musiqisi axşamı
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyi mayın 3-də Ümummilli
lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın
100 illik yubileylərinə
həsr olunmuş
“Fortepiano musiqisi axşamı”
adlı konsert proqramı təşkil edib.
Konsertdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
məzunu, beynəlxalq
müsabiqələr laureatı
Nazxanım Dadaşova
və Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının tələbələri Ülkər
Rüstəmli, Nəzrin
Bayramova, Şəms Əsgərova fortepianoda Azərbaycan, Avropa və rus bəstəkarlarının
əsərlərini ifa
ediblər.
İfalar muzeyin
kolleksiyaları əsasında hazırlanmış “Heydər
Əliyev və mədəniyyətimiz” mövzusunda
videoçarxla müşayiət olunub.
Mədəniyyət.- 2023.- 5 may.-
S.5.