“Bakı Müasir Musiqi Günləri”

 

Festivala müxtəlif ölkələrdən ifaçılar dəvət olunub

 

 

Mayın 21-dən 25-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.

Festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə AvropaAmerika bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.

Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar arasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.

“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

Festivalın açılış konserti mayın 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portretfilminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq.

Layihə haqqında daha ətraflı məlumatı festivalın rəsmi saytında (www.baku-contemporary-music-days.com), eləcə də sosial şəbəkə səhifələrində (facebook: facebook.com/profile.php?id=100091963675094; instagram: https://www.instagram.com/baku_music_society/) almaq mümkündür.

 

Mədəniyyət.- 2023.- 5 may.- S.1;2.