Mədəniyyətimizin böyük hamisi  

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

 

1982-ci il 23 mart

Bakıda böyük dramaturq Cəfər Cabbarlının heykəlinin ev-muzeyinin açılışı keçirilib. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev, respublikanın digər rəhbər şəxsləri, xarici qonaqlar mərasimlərdə iştirak ediblər. Heydər Əliyev C.Cabbarlının abidəsinin (heykəltəraş Mirələsgər Mirqasımov, arxitektor Yuzef Qədimov) açılış mərasimində çıxış edib.

“...Baharın bu gözəl çağında biz Azərbaycan mədəniyyətinin görkəmli xadimi Cəfər Cabbarlının abidəsini açırıq... Cabbarlı yaradıcılığı qədim Azərbaycan torpağının yeniləşməsinin, çiçəklənməsinin parlaq rəmzi oldu. Cabbarlının həyatı öz böyük bədii istedadını xalqa xidmət göstərməyə həsr etmiş möhkəm əqidəli alovlu vətəndaşın həyatıdır.

...Şəxsiyyəti dövr, zaman yetişdirir. Lakin şəxsiyyət dövrün, zamanın ən mühüm xüsusiyyətlərini ifadə edərək onu səciyyələndirir. Cəfər Cabbarlı məhz belə xadim idi... Şair, nasir, dramaturq Cabbarlının yaradıcılığı çoxşaxəlidir. O, müasir Azərbaycan dramaturgiyasının inkişafının əsas istiqamətlərini müəyyən etmişdir, Azərbaycan xalqının bir çox başqa xalqların teatr mədəniyyətini zənginləşdirən qiymətli töhfələr vermişdir. Mirzə Fətəli Axundovun Cəlil Məmmədquluzadənin böyük ənənələrini inkişaf etdirib zənginləşdirən Cabbarlı teatr yaradıcılığının həqiqi novatoru olmuş, Azərbaycan səhnəsində bu gün gözəl səmərə verən yeni ənənələrin əsasını qoymuşdur.

Azərbaycan kino sənətinin təşəkkülü, o illərin dram opera səhnələrinin ən yaxşı tamaşaları, parlaq publisistika dərin professional teatr tənqidi Cabbarlının adı ilə bağlıdır. Bu mühüm yaradıcılıq sahələrinin hər birində Cabbarlı həqiqi novator olduğunu göstərdi... Cabbarlının simasında Azərbaycan mədəniyyəti elə bir yeni tipli sənətkar tapdı ki, onun üçün ədəbiyyat sənət yalnız real həyatı əks etdirmək vasitəsi deyildi, həm həyatın mürəkkəb inkişafına fəal müdaxilə etmək vasitəsi idi...

 Əsl milli yazıçı olan, xalq hikmətindən bəhrələnən Cəfər Cabbarlı doğma mədəniyyəti rus dünya klassikasının ənənələri bədii-estetik nailiyyətləri ilə  zənginləşdirmişdir. O, ustad bir tərcüməçi kimi böyük yaradıcılıq rəşadəti göstərərək doğma Azərbaycan mədəniyyətinin üfüqlərini genişləndirmiş, Lev Tolstoyun qüdrətini dühasını, Şekspirin fəlsəfi dərinliyini, Şillerin romantizmini, Maksim Qorkinin həqiqətpərvər yaradıcılığını Azərbaycan oxucusuna çatdırmışdır.

...O, az yaşasa da, qoyub getdiyi zəngin ədəbi irs Azərbaycan ədəbiyyatı incəsənətinin tarixində bütöv bir dövr təşkil edir. Cabbarlının ədəbi irsi xalqın qəlbində şüurunda, müasirlərimizin adlarında əməllərində, yeni-yeni oxucu tamaşaçı nəsillərinə sənətkarın mənəvi təsirinin zəifləmək bilməyən guşəsində yaşayır. Bax, budur görkəmli sənətkarın ölməzliyi... Əbədiyyət abidə bir kökdən olan sözlərdir. Bu gün açdığımız abidə bir daha sübut edir ki, Cəfər Cabbarlı xalqın qəlbində hafizəsində əbədi yaşayacaq”.

1982-ci il 26 mart

Heydər Əliyev Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin yaradıcılığına həsr olunmuş konsertdə iştirak edib.

 

1982-ci il 3 aprel

Respublika komsomolunun (Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı) XXXI qurultayında nitq söyləyən Heydər Əliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mədəniyyətin rolundan da söz açıb.

“...Siyasi mahnının, vətənpərvərlik, vətəndaşlıq məzmunlu mahnıların təbliğini xeyli yaxşılaşdırmaq lazımdır...

Azərbaycan adları dünya ədəbiyyatı xəzinəsinə daxil olan Nizami, Xaqani, Tusi, Füzuli, Nəsimi, Natəvan, Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, C.Cabbarlı, Üzeyir Hacıbəyov, S.Vurğun bir çox başqa yazıçıların, şairlərin, bəstəkarların, alimlərin vətənidir. Gənclərimiz korifeylərin yaradıcılığına, Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində yaradılan bütün mənəvi sərvətlərə yaxşı bələd olmalıdırlar. Lakin böyük mənəvi irsə dərin ehtiram bəsləməklə yanaşı, Azərbaycan tarixinin şanlı səhifələri ilə fəxr etməklə yanaşı qeyd etməliyik ki, xalqın inkişafının ən gözəl dövrü keçmişdə yox, indidə gələcəkdədir.

Tarixi, mənəvi irsə diqqətlə yanaşmaq lazımdır. Biz keçmişin təcrübəsinə nailiyyətlərinə daha da irəliləmək, inkişaf etmək üçün müraciət edirik. İncəsənət ustalarının vəzifəsi məhz xalqımızın yaratdığı mənəvi sərvətləri yaradıcılıqla saf-çürük etməkdən, bunlarla müasir mədəniyyətimizi zənginləşdirməkdən ibarətdir. Vəzifə ölkəmizin qardaş xalqlarının mədəniyyətinin, dünya mədəniyyətinin nailiyyətlərindən geniş istifadə etməkdən ibarətdirəsl mənəvi tərəqqinin yolu bax, budur...”.

***

Uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərənlər dövlət tərəfindən qiymətləndirilirdi.

1982-ci il 11 yanvar

Azərbaycan musiqi-ifaçılıq sənətinin inkişafında xidmətlərinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq Əməkdar incəsənət xadimi, tarzən, bəstəkar Àğası Məşədibəyov, arxitektura sahəsində uzun illər səmərəli işlədiyinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Sənaye Müəssisələrini Layihələşdirmə Baş İnstitutun direktoru Sərdar Sərdarov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.

1982-ci il 9 fevral

Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq Əməkdar artist Yunus Ağayev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

Hazırladı: V.Orxan

 

(davamı var)

Mədəniyyət.- 2023.- 5 may.- S.5.