“Dayanıqlı inkişaf
naminə mədəniyyət”
Ölkəmiz Kubada
beynəlxalq konqresdə təmsil olunub
Kuba Respublikasının paytaxtı Havana şəhərində Mədəni İrs və Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Konqres keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tədbirdə iştirak edib.
Tədbirin ilk günü qonaqları qəbul edən Kuba prezidenti Migel Dias-Kanel Bermudes bu ölkənin mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən söhbət açıb, 2023-cü ildə “G77+Çin” Qrupuna üzv ölkələrin Kubanın sədrliyi dövründə həyata keçirilən ilk konqresə uğurlar arzulayıb.
Konqres çərçivəsində BMT-nin “G77+Çin” Qrupuna üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü olub.
“Dayanıqlı inkişaf
naminə mədəniyyət” mövzusunda
keçirilən görüşdə Şərqlə Qərb
arasında yerləşən Azərbaycanın zəngin
tarixi-mədəni irsə sahib olduğu və bütün
dünyada mədəniyyətlərarası
dialoqu fəal təbliğ etdiyi diqqətə çatdırılıb.
Dövlət Xidməti rəisinin
çıxışında ölkəmizin təşəbbüsü
olan “Bakı Prosesi” və
bu çərçivədə 2009-cu ildən
etibarən 6 dəfə keçirilmiş
Dünya Mədəniyyətlərarası
Dialoq Forumun qlobal platforma kimi əhəmiyyəti vurğulanıb.
Mədəniyyət.- 2023.- 10 may.-
S.8.